Bu gün:

Bədənə görə ən böyük yumurta


Kivi quşları Yeni Zelandiyada tapılan kövrək uçma qabiliyyətinə malik quşlardır. Orta hesabla onlar bir toyuq ilə eyni ölçüdədirlər. Ancaq Yer kürəsində bədən ölçülərinə nisbətən ən böyük yumurta qoyan heyvanlar kividir. Bir kivi yumurtası dişinin 20% böyüklüyündə ola bilər. 


Bunu insanlarla müqayisə etsək, bu, 60 kiloqramlıq bir qadının 12 kiloqramlıq (adətən 3 kiloqram ağırlığında doğulmuş) körpə dünyaya gətirməsinə bənzəyir.


Bu böyük yumurtanın əsas çatışmazlığı acılıq olsa da, acılığı adi hala gətirəcək böyük bir üstünlüyü var: yumurta sarısı. Normalda digər quşların yumurtalarında təxminən 35% sarısı var, yəni yeni doğulmuş körpə üçün qidadır. Kivilər üçün bu nisbət 65% təşkil edir. Bu o qədər yüksək miqdardır ki, balalar doğulduqdan sonra 1 həftə bu qida ilə hələ də yaşaya və böyüyə bilərlər. Bu, valideynlərin işini xeyli asanlaşdırır və əhəmiyyətli təkamül üstünlüyü təmin edir.


Mənbə: evrimağaci.org

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et