Bu gün:

Kosmonavtlar kosmosa gedəndə ilk nə dedilər?


Axiom-3 (Ax-3) çərçivəsində başladığı kosmos səyahəti zamanı "ilk türk astronavtı" ünvanını alan Alper Gezeravcının ilk sözlərindən sonra "Gələcək... səma", digər astronavtların kosmosda olarkən ilk açıqlamaları maraq mövzusu oldu.

Türkiyənin ilk astronavtı Gezeravcı da daxil olmaqla SpaceX-in kosmik gəmisi NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb. Atışdan sonra Ax-3 komandası ilə qurulan canlı əlaqədə danışan Gezeravcının kosmosdakı ilk sözləri belə oldu: “Türkiyənin ilk insanlı kosmos missiyası üçün ilk türkün kosmosa addım atdığı bu məqamda mən bu anı Böyük Atatürkümüzün sözləri ilə başlamaq istərdim: Türkiyə Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün dahiyanə sözləri:Gələcək göydədir”.


“Biz kosmosa getməyi bacardıq” NASA və SpaceX-in birgə həyata keçirdiyi "Crew-6" missiyasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərindən olan ilk ərəb astronavtı Sultan Əl Neyadi 6 aylıq kosmos səyahətinə 2023-cü ilin mart ayında buraxılması ilə başlayıb. Neyadinin kosmosdakı ilk sözləri: “Allaha şükür, kosmosa çıxa bildik. Hər kəsə, ailəmə, liderimizə, bizə güvəndiyi üçün Məhəmməd bin Rəşid Kosmik Mərkəzinə və bizi bu buraxılışa hazırlayan hər kəsə təşəkkür etmək istəyirəm”.

"Kosmosa çıxan ilk insan" kimi tarixə düşən sovet kosmonavtı Yuri Qaqarinin 1961-ci ildə "Vostok 1" missiyası ilə orbitə çıxanda ilk sözləri "Avtomobil normal işləyir. Mən Yer kürəsini görürəm" kimi qeyd edilib. Vzorun baxış sahəsində hər şey planlaşdırıldığı kimi gedir."


"Dünya necə də gözəldir" 16 iyun 1963-cü ildə kosmosa çıxan və "Qağayı" kod adından istifadə edən ilk qadın olan 26 yaşlı Valentina Tereşkova Yerə belə bir mesaj göndərdi: "Bu mənəm, Qağayı. Hər şey yaxşıdır. Mən üfüqü, tünd zolaqlı mavi səmanı görürəm. Dünya necə də gözəldir. Hər şey yaxşı gedir". 

Alexander Gerst, NASA astronavtı Reid Vaysmen və Roskosmos komandiri Maksim Surayevlə Soyuz kosmik gəmisində kosmosa çatarkən ailəsi və dostları ilə qısa görüşdə "Bu, gözəl yerdir" dedi. 20 fevral 1962-ci ildə Yer ətrafında dövr edən ilk amerikalı Con Qlenn "Dostluq 7" adlı kosmik kapsulla Yer ətrafında 4 saat 55 dəqiqə ərzində 3 dəfə dövr etdi.


Mənbə:TRT haber

Tərcümə etdi: Aysel Qəhrəmanpur

Paylaş
Şərh əlavə et