Bu gün:

Yağlı saç dərisini təbii yolla necə təmizləmək olar?


Yanlış qulluq məhsulları və zərərli qidalanma vərdişləri səbəbindən tez-tez yağlanan saçların daha sağlam görünməsi üçün təbii üsullara müraciət etmək lazımdır. Saçların yuyulma tezliyinə və tətbiq olunan şampuna diqqət yetirmək çox vacibdir. Bəs saçların yağlanmasının qarşısını necə almaq olar? Yağlanan saçları yumadan necə təmizləmək olar?

Yağlı saçlar gündəlik həyatda qadın və kişi hər kəsi narahat edən bir vəziyyətdir. Müntəzəm qulluq və təmizlikdən başqa saçların yağlanmasını gecikdirəcək bəzi asan vərdişlər əldə etmək tövsiyə olunur. Yağlı saçlar baş dərisində əmələ gələn yağ bezləri saç tellərinə yayıldıqda meydana gəlir. Saçların tez yağlanmasının qarşısını almaq üçün mümkün qədər yüksək istilik üslubunda istifadə edilməməlidir. Xüsusilə saçların daha tez yağlanmasına səbəb olan həddindən artıq isti su ilə duş qəbul etməkdən və gün ərzində saçla tez-tez təmasdan qaçınılmalıdır.

Saçların yağlanmasını sürətləndirən səbəblər: 

Saçların çox isti su ilə yuyulması 

Saç düzləşdirici və fen kimi yüksək istilik maşınlarından istifadə 

Saçlara çox toxunmaq 

Saçları çox daramaq 

Saçın köklərinə kondisioner sürməmək və yaxşıca durulamamaq 

Saç tipinizə uyğun olmayan şampun seçmək 

Həddindən artıq yağlı yeməklər yemək və içmək 

Yanlış yemək vərdişləri, qeyri-kafi qidalanma

Mənbə: 7Haber
Tərcümə etdi: Pərvin Əhədov

Paylaş
Şərh əlavə et