Bu gün:

Sağlam qidalanma şərtləri


Qidalanmanın dəyişməz konstitusiyası olan beş mühüm təklif sizi diabetdən xərçəngə, ürək xəstəliyindən hipertoniyaya qədər bir çox xəstəliklərdən qoruyacaq.

 

Bütün dünyada olduğu kimi ölkəmizdə də xroniki xəstəliklər günü-gündən artır. Bildiyiniz kimi, Türkiyə obezitenin yayılmasına görə Avropa ölkələri arasında birinci yerdədir. Bol makaron istifadə edən İtaliyada piylənmənin yayılmasının çox aşağı, 12% olduğu da açıqlanıb. Bundan əlavə,  ürək xəstəlikləri, hipertoniya, insulin müqaviməti, şəkərli diabet, xərçəng, qalxanabənzər vəzi və piylənmə xəstəliklərini çox erkən yaşlarda görməyə başladıq. Deyə bilərəm ki, səbəb həmişə eliminasiya pəhrizləri etmək, qida əlavələri olan kisələrdən lazımsız yerə istifadə etmək, qeyri-kafi yemək, aktiv olmamaq və işlənmiş qidalara çox müraciət etməkdir. Əgər ümumi sağlamlığınızı qorumaq istəyirsinizsə, təbii və qida müxtəlifliyinə əsaslanan qidalanma planı yaratmalısınız.


Gün ərzində təzə tərəvəz və ya meyvələr, tam taxıl və ya paxlalılar, süd məhsulları, yumurta, qırmızı və ya ağ ət, zeytun yağı və ya təbii kərə yağı, qoz-fındıq yemək  xəstəliklərdən qoruyan sağlamlıq komponentləri əldə etməyinizi təmin edəcək. 

 

Gün ərzində həm heyvani, həm də bitki mənşəli protein olan qidaları yeyin. Heyvan zülallarının bioloji aktivliyi bitki zülallarından üstündür. Bununla belə, hər iki növ protein mənbəyini balanslı şəkildə istifadə etmək bütün xroniki xəstəliklərdən qorunmaqda faydalıdır.

Vitamin D və omeqa 3-ün adekvat qəbulunu təmin etməklə və müntəzəm idman etməklə siz xərçəng hüceyrələrinin çoxalmasını boğur, iltihabı azaldır və xərçəng riskini 70% azaldırsınız. Tez-tez qoz, kətan toxumu, buğda toxumu, yumurta, tam yağlı süd məhsulları və balıq kimi həm omeqa 3, həm də D vitamini ilə zəngin təbii qidalar yeyin. Hər gün ən azı 60 dəqiqə gəzin.

 

Gecə oyanıb heç nə yeməyin, yatmazdan 3 saat əvvəl ümumi yeməyinizi bitirin. Gecə orucu və yaxşı yuxu bədənin özünü bərpa etməsinə imkan verir. Hüceyrələri yeniləyir. 7-8 saat yuxu kifayətdir.

 

Tərkibində az miqdarda təmizlənməmiş karbohidratlar, kifayət qədər sağlam zülal və təbii sağlam yağlar olan qidaları daxil etməli olduğunuz halda, müxtəlif əlavələr  olan emal edilmiş, çox işlənmiş və qablaşdırılmış qidaları mətbəxinizdən uzaq tutun.

 

 

Mənbə:cnnturk


Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et