Bu gün:

Şotlandiya kişiləri niyə kilt (ətək) geyinirlər?


Şotlandiya ənənəsi olan kilt ətəklər kişilərin xüsusi günlərdə geyindiyi ənənəvi geyimdir. Onun mənası gücün, romantizmin və dramatizmin simvoludur. Şotlandiyada kişilərin geyindiyi yubka Kilt adlanır. Şotland kişiləri tərəfindən geyilən kilt ətəklər ənənəvi olaraq məzun gecələrində və toy mərasimlərində geyilir. Milli qürur olaraq görülən kilt ətəklər ailə və qəbilə münasibətlərində mühüm elementdir. Tarix boyu bir çox istilalara məruz qalan Şotlandiyada kilt geyinmək ənənəsi 1500-cü illərdən başlayır. Bu dövrdə ov edən Şotlandiya kişiləri diz qapaqlarına qədər uzanan çiyin yaylıqları taxırdılar.

 

 Zamanla şərflər dəyişdi və daha geniş yaylıqlar taxılmağa başladı. Geniş yaylıqlara görə döyüşlərdə alt hissələrini istifadə edə bilməyən şotlandlar, Kilt sayəsində daha rahat istifadə etməyə başladılar və beləliklə, Kilt nümunələri ortaya çıxdı. Müxtəlif rənglərdən hazırlanmış kiltlər müxtəlif qəbilələri təmsil edirdi. Bu böyük ətəklər şotlandlara bir çox cəhətdən rahatlıq təmin edirdi. Yün parça sayəsində onları sərt soyuqdan asanlıqla qoruya bilirdilər.

 

Həm də dağlıq ərazidə geyimlə rahat hərəkət edə bilirdilər. Ən böyük üstünlüyü gecələr yorğan kimi istifadə oluna bilməsi idi.

 

 

Mənbə:haberturk


Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et