Bu gün:

Səbir etmə bacarıqlarını anlamaq və təkmilləşdirmək


Səbir mədəniyyətimizin, dilimizin və kimliyimizin ən mühüm komponentlərindən biridir. Həyatımızın ən çətin anlarında, kədərləndiyimizdə, gözləməli olduğumuz zaman, öhdəsindən gəlməkdə çətinlik çəkdiyimiz zaman ətrafımızdakı insanlar səbirli olmağımızın lazım olduğunu söyləyirlər. 


Əcdadlarımız, alimlərimiz həmişə səbrdən bəhs etmiş və onun mühüm insani məziyyət olduğunu bildirmişlər. “Allah sənə səbr versin.”, “Səbr et, hər şey yaxşı olar.”, “Səbr edən dərviş məqsədinə çatdı.”, “Səbrin sonu nicatdır.”, “Səbr imanın yarısıdır”. Bu kimi cümlələr mədəniyyətimizdə səbrin ruhi elementdə nə qədər vacib olduğunu göstərir. Səbirli olmaq sosial cəhətdən çətin olan duyğuların öhdəsindən gəlmək üçün istifadə etdiyimiz ən ümumi strategiyadır.


Bu yazıda səbr sözünün mənasını, bu anlayışla bağlı anlaşılmazlıqları və bilinməyənləri, səbrin funksiyalarını və daha səbirli olmağın yollarını funksional şəkildə izah etməyə çalışacağıq.


Səbir statik bir fəaliyyət deyil: Səbir heç nə etməmək, təslim olmaq və ya həyatdan qopmaq demək deyil. Yatmaq kimi, növbəti günə aktiv və şüurlu bir hazırlıqdır.


Səbir emosiyalardan uzaqlaşmaq deyil: Səbirli olmaq, müəyyən bir vəziyyətdə hiss etdiklərinizə və sizin üçün mövcud olan mümkün variantlara münasibətinizi qəbul etmək deməkdir. Sağlam bir səbir hadisəsində, duyğuları rədd etmək və ondan uzaqlaşmaq arzu olunan bir vəziyyət deyil. Emosiya hiss olunur, qəbul edilir, yaşanır, lakin rədd edilmir və ya ona təslim olunmur. Həmçinin, səbir də təslim olmaq demək deyil. Bəzən təzənləmək üçün geri çəkilməlisən, amma sonda yenə dik duruşun olmalıdır.


Səbir optimist bir intizardır: Səbrin ən mühüm komponenti ümiddir. Ümidimiz yoxdursa, səbr edəcəyimiz bir şey olmayacaq. “Çətin” və “qeyri-mümkün” sözlərini bir-birindən ayırmadan ümidini itirmək, öz duyğularımızdan uzaqlaşaraq yoxluğa doğru dönmək səbir anlayışı ilə bir araya sığmır və bizi mənfi emosional vəziyyətə sürükləyir.


Səbir bizə sonu görmək üçün dözüm verir: Biz çətin bir işə başlamaq üçün müxtəlif stimullar və daxili dəyərlərlə motivasiya ola bilərik, lakin səbr sayəsində bu işin sonunu görmək üçün dözümümüz var.


Səbirli olmaq həyatımızı sağlam yaşamaq üçün məntiqli bir yoldur: Həyat çox vaxt nə ilə qarşılaşacağımızı bilmədiyimiz, arzuolunmaz və gözlənilməz vəziyyətlərin tez-tez baş verdiyi bir macəradır. Bu macəra səbirli olmağı bilməyən insanlar üçün müharibələrlə doludur və hər zaman ayıq-sayıq olmaq və döyüşə hazır olmaq bu insanlar üçün stresli və yorucudur. Odur ki, səbirli olmaq hər bir insanı rahatladan və yaxşı hiss etdirən bir hərəkətdir.


Səbir bizi müvəffəqiyyətli edir: Səbir bizə həyatımız boyu lazım olan vaxtı verir. Kifayət qədər uzun düşünmək, mənfəət və zərəri təhlil etmək və düzgün qərarlar qəbul etmək üçün səbir lazımdır. Ona görə də səbir təkcə emosional mübarizə mexanizmi kimi deyil, həm də uğura aparan alət kimi həmişə bizimlə olmalıdır.


Səbir bacarığı öyrənilə bilər: Səbir bizim heç birimiz üçün anadangəlmə öyrənilmiş bir bacarıq deyil. Biz adətən təcrübə ilə səbirli olmağı öyrənirik. Səbir bacarığından düzgün və funksional şəkildə istifadə etməyi öyrənmək və dəyişməz dünya nizamında özümüzdə dəyişiklik yaratmaq hamımız üçün əsas ehtiyacdır.


Mənbə: ikipsikolog


Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et