Bu gün:

Ac olanda niyə əsəbiləşirik?


Bir çoxumuz müxtəlif səbəblərdən yemək yeyə bilmədikdə və ya ac qaldıqda mənfi emosional vəziyyətlər yaşayırıq. Yaxud ən azından ətrafımızda ac olanda özünü pis hiss edən, emosional və ya əsəbiləşən tanışlarımızı müşahidə etmişik. Ac olanda göstərdiyimiz emosional reaksiyalar arasında ən çox müşahidə olunanları qəzəb və aqressiyadır. Burada cəmiyyətdə “Ac olanda sən o sən deyilsən!”, “Ac olanda başım gicəllənir, heç nə görmürəm”. kimi formal ifadələrlə izah etməyə çalışdığımız bu vəziyyətin elmi mənşəyi var.


"Hangry" nə deməkdir?


İngilis dilində aclıq mənasını verən “hunger” və əsəbilik mənasını verən “angry” sözlərinin birləşməsindən əmələ gələn “hangry” anlayışı aclıq zamanı qəzəblənmə halını ifadə edir. Kembric lüğətində aclıq hissi səbəbindən əsəbiləşmək kimi təyin olunan "hangry" anlayışı son zamanlarda çox məşhur olmuşdur. Bu populyarlıq alimlərin diqqətini çəkməli idi, çünki son vaxtlar aclığın yaratdığı əhval dəyişikliyi ilə bağlı araşdırmaların sayı artıb. Yəni aclıq və qəzəb arasında elmi cəhətdən sübut edilmiş bir əlaqə varmı?


Araşdırmalar göstərir ki, aclıq və qəzəb arasındakı əlaqə bəzi bioloji və psixoloji faktorlarla izah edilə bilər. Bioloji izahatlara görə, bir müddət yemək yeməyəndə qan şəkərimiz aşağı düşməyə başlayır. Qan şəkərimiz, yəni qanımızdakı qlükoza səviyyəsi azaldıqca aclıq hormonu olan GH sinir sistemimizə təsir etməyə başlayır. Bu vəziyyət stress hormonları olan kortizol və adrenalin kimi bir sıra hormonların ifrazını artırır. Qan şəkərimizi tənzimləmək üçün ifraz olunan bu hormonların qanımızdakı miqdarının artması əsəbilik, qəzəb, aqressiya kimi mənfi nəticələrə səbəb olur. Qan şəkərinin aşağı olması təkcə aqressiyaya səbəb olmur. Bu, həmçinin tükənmişlik, yuxululuq, diqqəti cəmləyə bilməmək və ya səhv etmək meyli kimi müxtəlif problemlərə səbəb ola bilər. Məhz buna görə də, ac olduğumuz zaman qarşılaşdığımız hər hansı bir gündəlik hadisə və ya vəziyyətə normal şəraitdə olduğundan fərqli emosional reaksiyalar verə bilərik. Yaxud qarşılaşdığımız situasiyalarda duyğularımızı tənzimləməkdə problemlərlə üzləşə bilərik.


Mənbə: bilimup

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et