Bu gün:

Xərçəngin 13 əlaməti


Dünyada və ölkəmizdə xərçəng hadisələrinin artdığını bildirən Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Serdar Turhal xəstəliyin erkən diaqnozu və müalicəsinin həyati əhəmiyyət daşıdığını, bu səbəbdən də orqanizmin verdiyi siqnalları nəzərə almaq gərəkdiyini bildirib.

Xərçəng məkrli bir xəstəlik olsa da, növlərinə görə fərqli simptomlar yarada bilər. Lakin bu əlamətlər digər xəstəliklərlə qarışdırıldığı üçün bəzən nəzərə alınmır. 

Ancaq bəzi şikayətlərdə həkimə müraciət edilməsi lazım olduğunu ifadə edən Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Serdar Turhal 1-7 Aprel Xərçəng Həftəsi çərçivəsində şübhəli olması lazım olan 13 əlaməti aşağıdakı kimi sadalayıb.

Hansı əlamətləri ciddi qəbul etməliyik?

Mütəxəssis həkim tərəfindən qiymətləndirilməsi lazım olan xərçəng əlamətləri bunlardır;

1. Yorğunluq: Ən çox görülən xərçəng əlamətlərindən biridir, amma hər yorğunluq xərçəng demək deyil. Xərçənglə əlaqəli yorğunluğu ayırd edəcək mühüm faktorlardan biri də bu yorğunluğun istirahətlə keçməməsi və insanın keçmişdəki yorğunluq təcrübələri ilə müqayisədə şiddətli olmasıdır.

2. Arıqlamaq: Fərqli faktorlara görə, hər kəsin çəkisində dəyişikliklər ola bilər. Bununla belə, xərçənglə əlaqəli kilo itkisi, adətən, ümumi bədən çəkisinin yüzdə 10-dan çox çəki itkisidir və iştahsızlıq ilə müşayiət olunur. Əgər belə bir vəziyyət varsa, bunu xərçənglə əlaqələndirmək, həmçinin, araşdırmalara başlamaq düzgün olardı.

3. İştahsızlıq: Xəstələr aclıq hiss etmirlər. Udmaqda çətinlik, qarın ağrısı, ürəkbulanma və qusma xərçəng şübhəsini artıran digər amillərdir.

4. Şişkinlik və ya kütlə: Bədənin hər hansı bir yerində daha əvvəl görmədiyimiz bir şişlik və ya kütlənin olması xərçəng baxımından düşünülməli bir haldır. Xüsusilə, döşdə bu kütlənin olması, dərinin qalınlaşması şübhələrimizi artıracaq amillərdəndir.

5. Ağrı: Bədənin bir hissəsində səbəbsiz yerə meydana gələn və bu ağrının getməməsi, rahatlaşdırıcı dərmanlara, müdaxilələrə baxmayaraq davam etməsi və artması xərçəngi düşündürən tapıntılar arasındadır.

6. Dəridə dəyişikliklər: Asanlıqla qanayan şişlik və ya əvvəlcədən mövcud olan köstebin böyüməsi, forma, rəngdə dəyişiklik, dəridə sağalmayan yara və ya dərinin saralması da şübhə yarada biləcək əlamətlərdir. Heç bir səbəb olmadan bədənin hər hansı bir yerində qanaxma və göyərmələr xərçəng baxımından şübhə doğurmalıdır.

7. Davamlı öskürək və səs basığı: Xərçəng baxımından əhəmiyyətli bir tapıntı olaraq qəbul edilməlidir. Uzun və davamlı öskürək halında həkimə müraciət etmək lazımdır. Xüsusilə də, bu şikayətini siqaretlə əlaqələndirən siqaret çəkənlər daha diqqətli olmalıdırlar.

8 – Nəcisdə dəyişiklik: İnsanın nəcis etmə vərdişlərinin son zamanlarda dəyişməsi vacibdir. Bu həm qəbizlik, həm də ishal şəklində ola bilər. Nəcisdə qan da nəzərə alınmalıdır. Nəcisin rəng və forma baxımından həmişə göründüyündən fərqli olması da diqqət tələb edən bir tapıntı ola bilər.

9 – Sidiyə getmə ilə bağlı şikayətlər: Məsələn, sidik edərkən ağrı, qan görmə və ya adi haldan daha tez-tez sidiyə getmə ehtiyacı xərçəng baxımından şübhə doğuran əlamətlərdir.

10 – Qızdırma və tərləmə: 38 dərəcəni keçən, heç bir infeksiya ilə əlaqəli olmayan hərarət və gecə çarşafların dəyişdirilməsini tələb edən tərləmə xərçəng baxımından əhəmiyyətli bir tapıntı ola bilər.

11 – Davamlı baş ağrıları: Xüsusilə müşayiət edən görmə və eşitmə problemləri varsa, xərçəng baxımından nəzərə alınması lazım olan əhəmiyyətli əlamətlərdir.

12 – Ağız yaraları: Ağızda qanama, duyğu itkisi də xərçəng baxımından düşünülməsi lazım olan tapıntılardır.

13 – Udma pozğunluğu: Bu, yemək borusu və ya mədənin girişində qapaq problemi, reflü, iflic, parkinson, alzheimer kimi nevroloji xəstəliklərdən qaynaqlana bilər. Digər tərəfdən, yemək borusu xərçənginin əlaməti ola bilər.

Kişilərdə və qadınlarda ən çox yayılmış növlər

Kişilərdə ağciyər xərçəngi bütün xərçənglərin dörddə birini təşkil edir. Prostat xərçəngi yüzdə 15, kolon xərçəngi yüzdə 9, sidik kisəsi xərçəngi yüzdə 8, mədə xərçəngi isə 6 faizdir. Digər xərçəng növləri də bütün xərçənglərin üçdə birini təşkil edir. Qadınlarda bütün xərçənglərin, təxminən, dörddə biri döş xərçəngi, 10 faizi qalxanabənzər vəzi xərçəngi, 9 faizi kolon xərçəngi, 7 faizi ağciyər xərçəngi və 6 faizi uşaqlıq yolu xərçəngidir. Bütün digər xərçəng növləri 43 faiz təşkil edir. Dünyada ən çox rast gəlinən xərçənglər, qadınlar və kişilər birlikdə düşünüldükdə döş xərçəngi, prostat vəzi xərçəngi, ağciyər və yoğun bağırsaq, qalxanabənzər vəz, mədə, sidik kisəsi, uşaqlıq yolu, mədəaltı vəzi və qan xərçəngləri sıralanır.

Niyə bu qədər geniş yayılıb?

Xərçəng üçün ən böyük risk faktoru yaşdır. Cəmiyyətlər yaşlandıqca və digər xəstəliklərdən ölümlər azaldıqca, xərçəngə daha çox rast gəlinir. Kimyəvi maddələrə məruz qalma, bəzi viruslar, alkoqol, siqaret, pis yemək vərdişləri və havanın çirklənməsi də xərçəngə səbəb olan səbəblər sırasındadır. Bunun xaricində dəyişdirilə bilən amillər olan siqaret, günəş şüaları və artıq çəki xərçəng riskini artıran amillərdir. İnkişaf etmiş ölkələrdə siqaretin azalması müşahidə olunsa da, bu ölkələrdə artıq çəki nisbətinin artması xərçəng xəstəliklərinin artmasının əsas səbəblərindən biridir. Bunlara əlavə olaraq uşaqlıq boynundakı viral infeksiyaların artması uşaqlıq xərçənginin artması sayıla bilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et