Bu gün:

Aslanlar niyə heyvanların sahibi hesab edilir?


Aslanı nə üçün meşənin sultanı adlandırıblar?

Halbuki onda qorillada olan bədən gücü, ayının qolunda olan güc, yaquar sürəti, ceyran sıçrayışı,canavar qəddarlığı, kaftar acgözlüyü, tülküdə olan hiyləgərlik və sairə şeylər yoxdur. 

Aslanın meşə sultanı adlandırılmasına səbəb onun davranış xüsusiyyətləridir. 

Aslan: 

1. Acmamış ov etmir. Deməli, xasiyyəti yırtıcılıq deyil;

2. Ov üçün heyvanlardan ən güclüsünü seçir. Deməli, gücünü zəiflərin üzərində yoxlamır; 

3. Acan zaman ehtiyacından artıq ovlamır. Deməli, görməmiş deyil;

4. Birinci ovdan sonra öncə ailəsinə ovu yeməyə icazə verir. Deməli, fədakardır;

5. Ov üçün hamilə dişiləri seçmir. Deməli, şəfqətlidir;

6. Heç vaxt yeməyin qalığını basdırmır və yaxud digər heyvanlar yeyə bilməsin deyə əlçatmaz yerə atmır. Deməli, xəsis deyil.

Şir heyvanların şahı hesab edilir. Konqo sakinləri olan bantular ona ehtiram göstərir, hinduizmdə o pis ruhların qovucusu, buddizmdə isə qanun keşikçisi hesab olunur. Şir bir çox gerblərdə, xüsusən də Britaniya şahları — kral və kraliçaların gerblərində təsvir olunur.

Şirlər haqqında əfsanə

1900-cü ildə Uqandanın paytaxtı Kampaladan Hind okeanı sahilindəki Mombas limanınadək 1300 kilometrlik dəmiryolu inşa etmək planlaşdırılırdı. Kilimancaro dağının ətəyində yerləşən Tsavada dəmiryolu şirlərin məskunlaşdığı ərazidən keçməli idi. Burada yaşayan şirlər bir neçə günə 28 işçini yedilər və iş bir neçə həftəliyə təxirə salındı. Sonra şirləri təqib edərək öldürdülər. Yerli sakinlərin fikrincə, qədim şah və onun arvadı şir qismində gəlmişdilər ki, öz ərazilərini qorusunlar.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et