Bu gün:

Evinizi təmir edərkən nələrə diqqət yetirməlisiniz ?


Dekorasiya bir evin görünüşünü dəyişdirə bilən və yaşayış yerinizi tamamilə fərqli bir atmosferə çevirə bilən bir məfhum olsa da, bəzən xəyalınızdakı evə çatmaq üçün dekorasiyadan daha çox şeyə ehtiyacınız var. Bəli, bu gün digər lazımi məfhumdan - təmirdən danışırıq! 

Planlaşdırma mərhələsində diqqətli olun

Deyək ki, Amerika mətbəxli evləri bəyənirsiniz və təmirdən sonra sahib olacağınız Amerika mətbəxinin ev dekorasiyasında uğurlu tətbiq olacağını düşünürsünüz. Beləliklə, bu sahənin sizin üçün, həqiqətən, faydalı olduğuna əminsinizmi? Xüsusən də əsaslı təmirdən əvvəl yaxşı düşünüb sonra qollarını çırmalamaq lazımdır. Məsələn, böyük bir ailəniz varsa və mətbəxiniz qısa müddətdə dağılırsa, Amerika mətbəxi sizin üçün faydalı olmaya bilər. Üstəlik, etmək istədiyiniz təmir binanıza zərər verəcək bir şey ola bilər.

Əsaslı təmir işləri apararkən funksional sahələrin yaradılmasına diqqət yetirməklə yanaşı, həm də təkcə bu gün deyil, sabah üçün də təmir etməlisiniz

Məsələn, deyək ki, siz yeni evlənmisiniz və divarı sökərək qonaq otağınızı başqa otaqla birləşdirməklə otağınızı genişləndirmək istəyirsiniz. Bu vəziyyətdə unutmamalısınız ki, gələcəkdə uşaq sahibi ola bilərsiniz və bu qərarınızdan peşman ola bilərsiniz. Kiçik və ya köklü dəyişiklik fərq etməz. Təmir etdiyinizdən asılı olmayaraq, evinizə hər hansı bir ziyan dəyməməsi və təbii ki, sonradan peşman olmamanız üçün təmir zamanı əməktaşlıq edəcəyiniz şirkətləri və ya ustaları hərtərəfli araşdırmalısınız. Ev təmirini ucuz başa çatdırmaq üçün işini bilmədiyiniz və ya etibar etmədiyiniz insanlarla işləməməlisiniz.

Effektiv yenidənqurma ardıcıllığı

Bunun üçün, ilk növbədə, evdə hansı təmir işlərinin aparılacağına qərar verməlisiniz. Məsələn, mətbəxinizə divar kağızı vurmaq istəyirsinizsə və elektrik qurğusunun da əsaslı təmirə ehtiyacı olduğunu düşünürsünüzsə, əvvəlcə elektrik qurğusunu təzələməlisiniz, sonra isə divar kağızı çəkməlisiniz. Beləliklə, əvvəlcə hansı təmir işləri aparacağınıza qərar verməli, onları qaydasına salmalı və sonra prosesə başlamalısınız. 

Əgər çöldə təmir işləri aparılmırsa və ya yeni evə köçmək fikrində deyilsinizsə, bu o deməkdir ki, siz mebelinizi və ya evdəki bəzi yerləri qorumalısınız 

Məsələn, rəngləmə əməliyyatları üçün döşəməni və mebeli qoruyucu örtüklə örtməlisiniz. Bu baxımdan əgər təmir edəcəyiniz ərazidə əşyalar varsa, mebellərinizi otaqdan çıxarmaqla və ya gedəcəksinizsə üzərini qoruyucu örtüklə örtməklə onlara dəyə biləcək hər hansı zədəni aradan qaldıra bilərsiniz. 

Mənbə: Koçtaş
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et