Bu gün:

Hello Kitty-nin hekayəsi


Hello Kitty 1974-cü ildə Yaponiyanın Sanrio şirkəti tərəfindən dizayn edilib. Yuko Shimizu tərəfindən hazırlanıb. O, uydurma cizgi filmi qəhrəmanı olsa da, pərəstişkarları tərəfindən çox sevilir.

Hello Kitty dizaynları ilk olaraq çanta bəzəkləri kimi buraxılıb. Gənc qızlar və uşaqlar arasında populyar olması sayəsində dəftərxana ləvazimatlarından tutmuş ev bəzək əşyalarına qədər geniş çeşiddə satışa təqdim edilir.

Hello Kitty onu sevən və izləyənlərə şən anlar yaşadır, yaxşı davranış və hərəkətləri öyrədir. Dostları ilə sərgüzəştləri həyəcanlandırır və pozitivliyi öyrədir.

Hello Kitty hekayəsi Londonda çiçək satan ağ dişi pişik kimi danışılır. Hello Kitty-nin əsl adı Kitty White-dır. O, anası Meri, atası Corc və əkiz Mimmi ilə birlikdə Londonda yaşayır.Onun dostları ilə sərgüzəştləri Hello Kitty cizgi filmlərində görünür.

"Hello Kitty" xüsusiyyətləri

Hello Kitty kiçik ağ pişikdir. Qırmızı lenti və mavi paltarı ilə tanınır. Hello Kitty-nin xüsusiyyətləri sadəcə yaxşı olan hər şeydir: Sevgi, dostluq, sevinc və pozitivlik bunlar arasındadır.

Maraqlıdır ki, Hello Kitty-nin ağzı yoxdur. Çünki o, universal olmalı, konkret bir dildə danışmamalı və bütün emosiyaları ifadə etməlidir.

Mənbə: Thinpo

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et