Bu gün:

Özünün qəhrəmanı özü olan şahzadə Fiona


Şrek 2001-ci ildə yayımlanmağa başlayan cizgi filmi seriyasıdır. Uilyam Steiqin kitabından ilhamlanaraq Dreamworks Animation tərəfindən ərsəyə gətirilən Şrek buraxıldığı ölkələrdə kassa rekordları qırıb. Şahzadə Fiona bu simvolik və çox sevilən film seriyasının baş qəhrəmanlarından biridir. Fədakarlıq və cəsarət nümunəsi olan Fiona filmdə gözlənilməz qəhrəman kimi bizə təqdim olunur.


Hekayənin əvvəlində Şreklə tanış oluruq. Şrek bataqlıqda yaşayan qəzəbli divdir. Onun tək yaşadığı bataqlıq Şrekin sığınacağıdır. Bir gün kral bütün nağıl qəhrəmanlarını Şrek bataqlığına göndərmək qərarına gəlir. Bu, Şreki şahzadə Fionanı xilas etmək üçün səyahətə çıxmağa məcbur edir. Onun bu yolda yoldaşı son dərəcə danışıqlı bir personaj olan Eşşəkdir.


Şəhzasə Fiona dəhşətli bir əjdaha tərəfindən qorunan bir qüllədə tələyə düşmüş gözəl bir qadındır. Fiona hələ uşaq ikən ailəsinin niyə onu qüllədə qapamaq qərarına gəldiyini heç kim bilmir. Əfsanəyə görə, yalnız nəcib atlı cəsur bir cəngavər Fiona xilas edə bilər.


Lakin Fionanın dəhşətli bir sirri var: o, lənətin qurbanıdır. Fiona hər gecə divə, günəş çıxanda isə yenidən insana çevrilir. Bir çox şahzadə hekayələrində olduğu kimi, yalnız əsl sevginin öpüşü lənəti qıra bilər. Fiona bilir ki, onu xilas etməyə gələcək cəngavər lənəti qıra bilər. Buna görə də Şrek və Eşşək onu xilas etmək üçün qülləyə gələndə məyus olur. Axı Şrek çirkin divdir.


Çox fərqli görünsələr də, Fiona və Şrekin ortaq cəhətləri çoxdur. Hekayə inkişaf etdikcə Fiona Şrekin onun əsl sevgisi olduğunu başa düşür. Birinci filmin sonunda Fiona və Şrek bir-birlərinə sevgilərini etiraf edirlər. Sonra Fiona həyatının sevgisi ilə bataqlıqda yaşamağa qərar verir.


Sonrakı filmlərdə filmin yaradıcıları şahzadə Fiona və Şrekin həyatındakı dilemmaya daha dərindən baxırlar. Fiona çox varlı bir ailədə böyüyüb, Şrek isə həmişə sadə və təvazökar bir həyat sürüb.


Filmlər Şrekə diqqət yetirsə də, Fionanın nə cəsur qadın olduğunu başa düşmək də vacibdir. Fiona həyatının gedişatını tamamilə dəyişdirəcək qərar verən şəxsdir: o, Şahzadə Charming və King Farquad ilə evlənməkdən imtina edir və qalada yaşaya bildiyi halda bataqlıqda yaşamağa qərar verir. Fiona xoşbəxtliyi və müstəqilliyi üçün imtiyazlarından imtina edir.


Şahzadə Fionanın öz taleyinin kraliçası olduğunu ən aydın şəkildə nümayiş etdirən film, yəqin ki, "Happily Ever After" filmidir. Bu filmdə Şrek ilk dəfə ata olur və gündəlik işlərdən sıxılır. Şrek keçmişi dəyişdirmək üçün sehr edir.


Bu yeni reallıqda Şrek heç vaxt doğulmayıb və buna görə də Fionanı heç vaxt xilas edə bilməyib. Şrek çarəsizdir və Fionanı axtarır. O, Fionanı meşənin ortasında tapır, lakin o, Şrek onunla ilk tanış olduğu zaman eyni adam deyil; Pis padşah Rumpelstiltskinə qarşı nəhəng bir üsyanın lideri.


Onu hələ də əzablandıran lənətə baxmayaraq, Fiona məhdudiyyətlərini aşmağı bacardı. O, əjdahadan qurtulub, qüllədən qaçmağı bacarıb. Üstəlik, padşahı devirmək üçün nəhənglərdən ibarət böyük bir ordu topladı. Fiona taleyini dəyişdirmək üçün parlaq zirehli cəngavərə ehtiyac duymur. Fiona özünü xilas etdi.


Bütün çətinliklərə baxmayaraq, şahzadə  Fiona hələ də lənət altındadır və azad olmağın yeganə yolu əsl sevgisini tapmaq və onu öpməkdir. Ancaq bu paralel reallıqda Fiona heç kimə aşiq olmur. Müstəqil olmaq səyləri ilə birlikdə sevgini rədd edir.


Bu gün bir çox qadınlar başqasını sevməyin öz azadlıqlarını məhdudlaşdıracağına inanır. Düşünürlər ki, sevgi onların azadlığını və müstəqilliyini məhdudlaşdıracaq. Ancaq sevmək və sevilmək məhdudlaşdırıcı olmamalıdır. Sevgi iki insanı birləşdirir və onları bir komandaya çevirir. Və siz komanda olaraq daha çox şeyə nail ola bilərsiniz.


Mənbə: aklinizikesfedin

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et