Bu gün:

Yanğın nədir və necə yaranır?


Yanğın təhlükəli fəlakətlərdən biridir. Şüursuz istifadə və ya qəfil hadisələr yanğına səbəb ola bilər. Evlərdə və ya iş yerlərində xarici amillərin yaxud da insanların səbəb olduğu yanğınlar baş verə bilər. Sobalardan gələn yanğın, isitmə səbəbindən elektrik sızması və ya qazı açıq buraxmaq yanğına səbəb ola bilər. Yanğın insanların mal və ya can itkisinə səbəb ola biləcək bir fəlakətdir. 

Yanğınların qarşısını almaq üçün insanlar diqqətli və şüurlu olmalıdırlar. Yanğının qarşısını almaq üçün yanğınsöndürmə üsulları və sistemləri haqqında biliklərə sahib olmaq da vacibdir. 

Yanğın növləri hansılardır?

Yanğın sinifləri aşağıdakılardır: 


A sinfi yanğın: Köz şəklində yanan və ümumiyyətlə üzvi təbiətə malik bərk materialların yanğınlarıdır. Məsələn, parça, taxta, kağız və ya ot kimi əşyaların yandırılmasıdır.

B sinfi yanğın: Maye xüsusiyyətləri olan maye və ya bərk materialların yanğınıdır. Bu yanğına misal olaraq benzol, tar, spirt və ya benzin məmulatlarını göstərmək olar.

C sinfi yanğın: Qaz yanğınlarını əhatə edir. Bunlar propan, LPG, metan və ya təbii qaz kimi qazların yanması nəticəsində yaranan yanğınlardır.

D sinfi yanğın: Metal yanğınları da daxil olmaqla D sinfi yanğınları, ümumiyyətlə, kalsium, barium, sink, maqnezium və ya litium kimi maddələrin yanması ilə baş verir.

F sinfi yanğın: Yemək qablarında bitki və heyvan yağlarının səbəb olduğu yanğınlardır. Bunlar mətbəxdə qızartma və ya buna bənzər səbəblərdən baş verən yanğınlardır.


Mənbə: milliyet
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et