Bu gün:

İnsanlar niyə özlərini qıdıqlaya bilmirlər?


Qıdıqlama hisslərinin baş verməsi üçün dəridə toxunma hissini aşkar edən sinirlər yumşaq bir şəkildə stimullaşdırılmalıdır. Bu hiss beynin iki fərqli bölgəsində qiymətləndirilir. Somatosensor korteks toxunma duyğunun şərh edildiyi bölgədir.

Qıdıq hissi yaradan hərəkətlə dərinin sinirlərində yaranan siqnallar beynin müsbət emosiyaları şərh edən hissəsi olan ön singulat korteksi aktivləşdirir. "Nature Neuroscience" jurnalında dərc olunan araşdırmada Sarah J. Blakemore və onun həmkarları göstərdilər ki, özünü qıdıqlayanda beynin bu iki bölgəsi xarici toxunma jesti ilə müqayisədə daha az aktivdir.

Ancaq dəridəki sinirlər toxunma hərəkətləri ilə yaranan siqnalların xarici mənşəli, yoxsa bizim tərəfimizdən yaradıldığını müəyyən edə bilmir. Beynin hərəkətlə əlaqəli hissəsi olan beyincik bu fərqi aşkarlaya bilən sensor funksiyasını yerinə yetirir. Biz özümüzü qıdıqlamağa çalışdığımız zaman beyincik hərəkətin mənbəyini təyin edir və bu məlumat sayəsində beynin qıdıqlanmağa reaksiya verən digər hissələri daha az aktivləşir. Beynin yaradılan hərəkətə reaksiyasını azaltmasının səbəbinin gözlənilməz xarici stimullara qarşı həssaslığı artırmaq olduğu düşünülür.

Mənbə: Tübitak Bilim Genç

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et