Bu gün:

İnsanları oxumaq sənəti


İnsanları oxumaq sənəti

Psixiatrların və psixoloqların işi sadəcə insanların dediklərinə qulaq asmaq deyil, insanları oxuyub onların kim olduğunu anlamağa çalışmaqdır. Onlar şifahi yaxud da şifahi olmayan ipuçlarını şərh edərək, insanların gerçək görünüşləri altında gizlətdikləri keçmişlərini görməyə çalışırlar. Təbii ki, bu məqamda sadəcə məntiqlə hərəkət etmək bütün hekayəni əldə etməyə kömək etməyəcək. Bu nöqtədə etməli olunan şey, insanların istər-istəməz verdikləri qeyri-şifahi, intuitiv ipuçlarını oxuya bilməkdir.

Bunu edərkən, insanlar həqiqəti aydın görməyə mane olan qərəzlər, köhnə incikliklər və ya eqo münaqişələri ilə dolu olan emosional yüklərini buraxmağa hazır olmalıdırlar.

Başqalarını mükəmməl oxuya bilən insanlar davranışları təhlil etmək üçün özlərini öyrətməyi bacarmış insanlardır. Bu insanlar hisslərindən mükəmməl istifadə edən və diqqətlərini həyatı dəyişən intuitiv anlayışlara yönəldən insanlardır. Bəzi üsulları tətbiq etməklə də insanları oxumağı bacarmaq mümkündür.


Mənbə: Uplifers

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et