Bu gün:

Nemo nöqtəsi


Ümumiyyətlə, “İtkin balıq Nemo”nun tapılmasına həsr olunduğu düşünülsə də, fotoşəkildə gördüyünüz nöqtə Yer kürəsinin su üstü qurudan ən uzaq nöqtəsidir. Dünyaca məşhur yazıçı Jül Vernin "2000 Lyö su altı ilə" kitabında bu şəkildə qeyd edildiyi üçün Nemo nöqtəsi olaraq da bilinir.


Bu nöqtə daha çox elmi olaraq “əlçatmazlığın qütb nöqtəsi” kimi tanınır.

Gördüyünüz kimi, Point Nemo Sakit Okeanda 48°52.6′ Cənub və 123°23.6′ Qərb koordinatlarında yerləşir. 3 müxtəlif istiqamətdə yerləşən ən yaxın yerüstü-su quru hissəsinin hər 3-dən 2688 kilometr məsafədə yerləşir. Bu 3 nöqtə aşağıdakılardır:

Şimalda yerləşən, məskunlaşmamış Pitkern adaları daxilində Ducie Atoll,

Şili-şərq istiqamətində, Çili sahillərində Pasxa adasının yaxınlığında yerləşən Motu Nui adacığı,

Maher adası, cənubda, Antarktida sahillərində yerləşir.

Bu məqamı müəyyən etmək heç də asan olmayıb. Çünki qədim zamanlarda peyklər, GPS və s. Texnologiyalar mövcud olmadığı üçün "okeanın heç bir yeri" kimi təsvir edilə bilən bir yerin necə təyin oluna biləcəyini təsəvvür etmək mümkün deyildi. Xüsusilə, o dövrdə asanlıqla aşkar edilə bilməyən kiçik adacıqların və qayaların varlığını nəzərə alsaq... Ancaq elm və texnologiya sayəsində bu dəyişdi.

1992-ci ildə Xorvat-Kanadalı tədqiqat mühəndisi Hrvoje Lukatela "Hipparchus" adlandırdığı coğrafi məkan proqramından istifadə edərək Point Nemonu tapdı. Bunu edərkən, Yer səthinin 3 ölçülü olduğunu nəzərə alaraq, sözügedən okean nöqtəsinin ətrafındakı 3 fərqli sahildən bərabər məsafədə olması lazım olduğunu fərz etdi. Belə ki, proqram Yerdəki müxtəlif nöqtələri araşdıraraq Point Nemonu aşkar edib.

Nemo sözü latınca "heç kim" deməkdir. Beləliklə, ad son dərəcə yaxşı seçilmişdir; çünki ehtimal olunur ki, heç bir insan Nemo nöqtəsindən keçməyib.

Mənbə: evrimagaci.org

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et