Bu gün:

Nəyə görə pilotlar eyni yeməyi yemirlər?


Alternativ yeməklər təkcə reysdə sərnişinlərə təqdim edilmir. Pilotlara, kabin heyətinə və biznes sinif sərnişinlərinə də müxtəlif yeməklər verilir. Kokpitdə olan pilotlar müxtəlif yeməklərlə yanaşı, müxtəlif vaxtlarda da yemək yeyirlər. Pilotlardan biri makaron, digəri toyuq əti, ya da biri ət, digəri isə balıq yeyir.

Təyyarənin təhlükəsiz şəkildə uçması və enməsinə cavabdeh olan pilotların yediyi yeməklər də uçuş təhlükəsizliyi üçün çox vacibdir. Bu səbəbdən kapitan pilot, ikinci pilot və təlimatçı və ya üçüncü pilot, əgər varsa, eyni vaxtda yemək yeyə bilməz.

 Aviasiyada hər zaman ən pis ssenariyə qarşı ehtiyat tədbirləri və ya hazırlıqlar görülür. Pilotların eyni yeməyi yeməməsinin səbəbi hər hansı xəstəlik və ya qida zəhərlənməsinə qarşı bir qaydadır. Pilotlardan biri zəhərlənərsə, digər pilot öz vəzifəsini yerinə yetirə bilər. Yeməklər uçuşa yüklənmədən əvvəl müxtəlif yoxlamalardan keçsə də, bu, zəhərlənmə riskinə qarşı əlavə tədbirdir.


Mənbə: opinyu.com
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et