Bu gün:

“Bunlar qida kateqoriyasına aid deyillər…”


24media.az-ın “1sual, 1 cavab” rubrikasının budəfəki müsahibi həkim-nutrisioloq Amaliya Rəhimovadır. O, zərərli qidalardan danışıb

-5 ən zərərli, qida rasionumuza daxil etməməli qidaları seçsək, hansı qidaları bu kateqoriyaya aid edə bilərik?

Rasionunuza rəva bilməyəcəyiniz qidaları psevdoqida adlandıra bilərik. Çünki bunlar qida kateqoriyasına aid deyillər. 

1. Transyağlar (marqarin, spredlər) və onlardan hazırlanmış istənilən məhsul (bütün sənayə üsulu bişintilər, hazır yeməklər);

2. Günəbaxan və qarğıdalı yağı (çünki orqanizmdə iltihabı sürətləndirir);

3. Sənaye üsulu hazırlanmış unlu (xəmirli) məmulatlar;

4. Şəkərli yeyəcək və içəcəklər, o cümlədən, şirin çay və kompot;

5. İşlənmiş məhsullar: kolbasa, sosis, hazır suplar, müxtəlif souslar, o cümlədən mayonez, ketçup (bunları ev üsulu hazırlamaq olar). 

Ümumiyyətlə, müasir marketlərə nəzər saldıqda orada sağlamlıq üçün faydalı çox az məhsul olduğu aydın görürük. Tərəvəz və meyvələri, dənliləri (düyü, qreçka…), paxlalıları (lobya,  mərci...), ədvaları, kərə və zeytun yağlarını, çayları, çərəzi, əti və balığı çıxsaq, yerdə qalan nə varsa, insanın kommersiya düşüncəsinin məhsulu və insanları fəlakətə aparan psevdoqidalardır.

Gülnisə Əfkari

Paylaş