Bu gün:

Qiymətli daşlar


Qiymətli daşlar, xüsusilə, nikah üzükləri və zinət əşyaları seçimində önə çıxsa da, aksesuarlar sahəsində də ad çıxarır. Çoxlu göz oxşayan qiymətli daşlar var və hər biri özünəməxsus xüsusiyyətləri baxımından maraqlıdır. 


Təbii daşlar dünyada əsrlər boyu mövcuddur. Bununla belə, XX əsrin sonlarında və son illərdə getdikcə populyarlaşıb. Beləliklə, yüksək tələbat və aşağı ehtiyatlar vəziyyəti yaranmağa başlayıb. Ehtiyatların tələbatı ödəyə bilməməsi və texnologiyanın inkişafı ilə sintetik və saxta daşların bazarda öz yerini tutmasına səbəb olub. Əslində, bunun sadə formulunun və ya asan yolunun olduğunu söyləmək olmaz. Daşlar 5 qrupa bölünür: qiymətli daşlar (zərgərlik daşları), təbii daşlar (yarıqiymətli daşlar), işlənmiş təbii daşlar, sintetik daşlar və saxta daşlar. Sintetik daşlar laboratoriya şəraitində yaradılır.


Bu daşlarla bağlı olan şey təbii mühitdə daşın əmələ gəlməsini təmin edən kimyəvi və fiziki şəraitin laboratoriya mühitində yaradılmasıdır. Süni daşlar sintetik olanlardan tamamilə fərqlidir. Saxta daşların ən bariz xüsusiyyəti onların nə kimyəvi, nə də fiziki cəhətdən daş olmasıdır. Bu daşlar tez-tez başqa bir boyalı daş kimi görünə bilər. Qiymətli daşların görünüşü verməyə çalışan saxta daşların ən məşhur nümunələrindən biri də daşın firuzəyi rəngə boyanmasıdır. Bu səbəbdən qiymətli daşları araşdırarkən hərtərəfli araşdırma aparmalı və müştəri şərhlərini nəzərdən keçirməlisiniz.


Mənbə:hopi.com


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et