Bu gün:

Pinqvinlər niyə uça bilmir?


Uçuş Antarktidada pinqvinlərin həyatını müəyyən mənada asanlaşdıra bilər. Məsələn, imperator pinqvinlərinin yorucu gəzintiləri ölüm təhlükəsi ilə keçirdikləri günlər əvəzinə bir neçə asan saatda tamamlana bilərdi. Yenə pinqvinlər uça bilsəydilər, bəbir suitiləri kimi sahil yırtıcılarından qaçmaq çox asan olardı!

Ümumi bir biomexaniki nəzəriyyəyə görə, bir vaxtlar uçmaq üçün faydalı olan bu quşların qanadları zaman keçdikcə üzmək üçün daha əlverişli hala gəldi və nəticədə pinqvinlər yerdən qalxma qabiliyyətini itirdilər.


Digər tərəfdən, onların dalışda daha effektiv olması dərinliklərdə qidalanma imkanlarını artırdı. Bu gün bir imperator pinqvin nəfəsini 20 dəqiqədən çox saxlaya bilir və qidalanmaq üçün 450 metr dərinliyə dalışa bilir.


Mənbə:evrimagaci.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et