Bu gün:

"Kinematoqrafçıları aldada bilmirlər, çünki onlar film çəkmirlər"


24media.az-ın növbəti müsahibi kinorejissor, ssenarist Elşən Zeynallıdır. O, Azərbaycanda elmi-fantastik kino sahəsinə necə yanaşıldığından və bunun səbəblərindən bəhs edib.

Azərbaycanda elmi-fantastik film sahəsi hansı vəziyyətdədir? İnkişaf etməsi üçün hansı addımlar atılmalıdır?

Azərbaycanda kinematoqrafiya son zamanlarda ölməsə də, ancaq can verir. Janr haqqında danışmaq üçün gərək filmlər olsun. Azərbaycanda bu, yəni elmi-fantastik janrın varlığını sübut edəcək film olmalıdır, lakin hazırda yoxdur. Sahəyə qarşı biganəlik və könülsüz yanaşma onun inkişaf etməsinə maneə olur. "Azərbaycan kinosunun yaşaması üçün əlimizdən gələni edirik", -deyənlər kinematoqrafçıları aldada bilmirlər, çünki kinematoqrafçılar film çəkmirlər. 

Azərbaycanda keçmiş Sovetlər dönəmində elmi-fantastik deyil də, daha çox fantastik janrına yaxın olan "Sehrli xalat" filmi gənclər, uşaqlar üçün çəkilib. Bu o zamanlar üçün tamaşaçıları heyrətləndirə bilib. 

Bizdə ildə 4 bədii, 8 sənədli, 4 animasiya filmi çəkilərdi, yəni istehsalat var idi və bu plandan kənara çıxmaq qeyri-mümkün idi. Buna görə də bu janrların ölkəmizdə inkişafı qəliz məsələ idi. "Şir evdən getdi", "Qərib cinlər diyarında", "Bir qalanın sirri" kimi filmlərimiz bir müddət oldu, lakin bunlar da elmi-fantastik sayılmır. 

Bəhs etdiyimiz janr texnologiya tələb edir, çətindir. Bu səbəbdən hazırda milli kinomuzda elmi-fantastik janrın inkişafı qeyri-mümkündür.

Aydan Qasımova

Paylaş
Şərh əlavə et