Bu gün:

Retro, vintage, antikvar, reproduksiya əşyaların fərqi


Əntiq əşyalar və vintage alış-verişində yenisinizsə, istifadə edilən bəzi terminlər sizi çaşdıra bilər. Bu gün sizin üçün retro, antik, vintage və reproduksiyalar arasındakı fərqi izah edəcəyik.

Ən ciddi mənada antik əşya ilə vintage əşyanın fərqi onların yaşındadır.

Əntiq əşyalar ən azı 100 yaşı olan əşyalardır. Bu o deməkdir ki, antik əşyalar 1918-ci ilin aprelində və ya ondan əvvəl hazırlanıb.

100 il və ya daha köhnə; qayda nədən hazırlanmasından asılı olmayaraq, bu əşyaların hər birinə tətbiq edilir. Beləliklə, bir kitab və ya şüşə qabın mebel parçasına nisbətən 100 il yaşaya bilmə ehtimalı az olsa da onlardan daha həssas olanı daha tez antikvarlıq statusu qazanmır. 

Vintage əşyaları əntiq əşyalar qədər köhnə deyil. Eyni zamanda, bir məhsulun vintage kimi etiketlənməsi daha subyektivdir. Əksər antikvar satıcıları ən azı 40 yaşı olan bir əşyanı vintage kimi etiketləyirlər. Beləliklə, tarixi kontekstdə 1918-1978-ci illər arasında hazırlanmış məhsullar vintage hesab olunur. 

Bir çox vintage əşyalar nostalji olsa da, yaşlarından başqa bir çox səbəblərə görə axtarılır. Kolleksiya toplamaq, ev bəzəmək buna nümunədir. 

Köhnə əşyaları satan şəxslərin istifadə etdiyi bir digər söz isə retrodur. Retro fransızca "retrograd" sözünün qısaldılmasıdır. "Retroaktiv" sözü kimi, orijinal mənada keçmişə istinad edilir, retro olan hər şeyin keçmişdən gəlməsi vacib deyil. Retro keçmişi təqlid edə bilər. Retro əşyalar antik və vintage əşyaların sürəti və ya saxta olanı deyil, keçmişə işarə edən yeni məhsullardır. Boulinq köynəkləri və letterman gödəkçələri kimi klassiklər buna misal ola bilər. Bundan əlavə, retro termini ən azı 20 yaşı olan (lakin hələ 40 yaşı olmayan) əşyalar üçün də istifadə edilir. Deməli, retro əşyalar 1979-1998-ci illər arasında hazırlanmış əşyalardır. 

Köhnə olmasa da kolleksiyalarda saxlanılan əşyalar da var. Belə əşyalar isə reproduksiya adlanır (bəzən antikvar biznesində "repros" və ya "repops" adlanır). Reproduksiyalar köhnə əşyaların surətləridir, lakin reproduksiyaları da saxta adlandırmaq olmaz, daha antik adı ilə satılmır adətən, çox köhnə olan əşyaların surətləridir. 

Mənbə: farmantiques.net

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et