Bu gün:

Veqanizm növləri


Vegan pəhrizinin keyfiyyəti onu təşkil edən qidalardan asılıdır. Bəzi vegan pəhrizləri çoxlu sağlamlıq faydaları ola bilər, digərləri isə sağlamlığınız üçün faydalı olmaya bilər.

Pəhrizli veganlar

Tez-tez "bitki əsaslı yeyənlər" ilə bir-birinin əvəzində istifadə edilən bu termin pəhrizlərində heyvan mənşəli məhsullardan qaçan, lakin onları geyim və kosmetika kimi digər məhsullarda istifadə etməyə davam edənlərə aiddir.

Tam qidalı veganlar

Bu insanlar meyvələr, tərəvəzlər, tam taxıllar, paxlalılar, qoz-fındıq və toxum kimi bütün qidalarla zəngin bir pəhrizə üstünlük verirlər.

"Əziyyətli yemək" veganlar

Bəzi insanlar vegan ətləri, kartof qızartmaları, dondurulmuş axşam yeməkləri və Oreo peçenyeləri və südsüz dondurma da daxil olmaqla desertlər kimi işlənmiş vegan qidalarına çox etibar edirlər.

Çiy qida veganları.

Bu qrup yalnız çiy və ya 118°F (48°C)-dən aşağı temperaturda bişirilmiş qidaları yeyir.

Az yağlı xam qidalı veganlar.

Meyvəlilər kimi də tanınan bu alt qrup qoz-fındıq, avokado və kokos kimi yüksək yağlı qidaları məhdudlaşdırır, bunun əvəzinə əsasən meyvəyə etibar edir. Bəzən az miqdarda digər bitkiləri yeyə bilərlər.

Tam qidalı vegan pəhrizləri əla sağlamlıq faydaları təklif edirlər. Vegan pəhrizini sınamaqda maraqlısınızsa, sizin üçün düzgün pəhriz tapmaq üçün bir sağlamlıq mütəxəssisi ilə danışın.

Tərcümə etdi: Səma Cəlilova
Mənbə: Healthlife

Paylaş
Şərh əlavə et