Bu gün:

"Old money"- köhnə pul tərzi


Ən köhnəlməyən üslublardan biri köhnə pul üslubudur. O, qeyri-adi zəriflik, minimalizm, sadə kəsiklər və zərif rəng palitrası ilə xarakterizə olunur. "Gossip Girl" və ya "The White Lotus"-a baxmısınızsa, yəqin ki, bu üslubla az-çox tanışsınız. Köhnə pul üslubu təkcə maddi rifahı deyil, həm də müəyyən həyat tərzini, irsə və mədəniyyətə yanaşmanı ifadə edir.


Old Money stili dəbdəbə, təmkin və köntöy zərifliyin birləşməsidir. Ənənələrə, dəyərlərə və mədəniyyətə dərin kök salmışdır, onu XIX əsrdə daha çox görürük. Köhnə pul termini Amerika elitası ilə əlaqələndirilsə də, onun köklərinə Avropada aristokratiya və kral ailəsi arasında da rast gəlmək olar. "Köhnə pulların" estetikası elit Britaniya məktəblərinin tələbələri arasında moda ilə güclü şəkildə bağlıdır. Mükəmməl bir nümunə yuxarıda qeyd etdiyimiz Gossip Girl serialıdır. Blair-in üslubu köhnə pul üslubunun mahiyyətini təmsil edir: kokteyl paltarları, tüvid blazerlər və yaxşı tikilmiş midi paltarlar. 

Köhnə pul tərzini yaratmaq üçün diqqət etməli olduğumuz məqamlar:


Minimalizm

Bu prinsip old money üslubunu mükəmməl şəkildə təmsil edir. Əhəmiyyətli olan kəmiyyət deyil, keyfiyyətdir.

Yüksək keyfiyyətli parçalar

Köhnə pul keyfiyyətsiz parçaları sevmir, əksinə tüvit, pambıq, yun və ya kaşmiri sevir. Parçaların yüksək keyfiyyətli olması ilk növbədə dayanır. 

Brendsizlik

Old money üslubu loqomaniyanın ziddiyyətidir. Biz burada böyük loqolar və ya neon, parlaq rənglər görməyəcəyik. Köhnə pul üslubu təmkinliliyi və təvazökarlığı qiymətləndirir.


Klassik kəsiklər

Naxışlardan və ekstravaqant detallardan qaçın.


Mənbə: sportofino.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et