Bu gün:

Qədim Roma günəş saatları: yay vaxtına alternativ sistem


Müasir dünyada 60 dəqiqə kimi ölçdüyümüz “bir saat” Qədim Roma dövründə sabit vaxt vahidi deyildi. Bir saat yayda 75 dəqiqə, qışda isə cəmi 45 dəqiqə kimi ölçülə bilərdi.

Təxminən 8 il əvvəl tədqiqatçılar İtaliyanın Qədim Roma şəhərində bir tərəfi yastı, ön hissəsi palçığa basdırılmış və yerindən tərpənmək mümkün olmayan içi boş bir daş tapdılar.

Qədim xarabalıqlar arasında olan bu parçanın orta əsrlərdə tikinti materialı kimi istifadə etmək üçün sürükləndiyini və daşındığını düşünürdülər.

Üç nəfərdən ibarət komanda bu daş parçanı çətinliklə çıxaranda komandadakı Kembric Universitetinin professoru Alessandro Launaro həyəcanla qışqırdı: “Buna baxın! Üstündə yazılar var”.

Yazılar daş parçasının basdırıldığı yerdə latın hərflərinin və sirli xətlərin izlərini qoyub.

Qrup torpaqdan çıxardıqları parçanı araşdırdıqda daşın nə üçün istifadə edildiyini anladılar. Bu Qədim Roma günəş saatı idi. Bu, dünyada qazıntılar zamanı aşkar edilmiş yüzlərlə oxşar saatdan biri idi. İllərlə palçığın içində gizlənən parça möhtəşəm şəkildə qorunub saxlanılıb.

Mənbə: BBC news türkçe

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et