Bu gün:

Sonqbun: Şimali Koreyada insanların həyatını təyin edən sosial sistem


“1940-cı illərdə ailənizin böyükləri nə edirdilər?”, “Onların siyasi baxışları necə idi?”- bu kimi suallar bizim üçün əhəmiyyətsiz görünə bilər. Şimali Koreyada isə vətəndaşların həyat tərzini məhz bu suallar formalaşdırır.

“Songbun” adlanan bu sərt sistemdə fərdlər Kim sülaləsinə yaxınlıq və ya müxalifət səviyyəsinə görə müəyyən sosial siniflərə bölünür.

Koreya dilində mənşə və ya nəsil mənasını verən “Songbun” sistemindəki şəxsin mövqeyi - onların doğulduğu yer, qida və sağlamlıq xidmətlərindən istifadə etmək üçün gedə biləcəkləri yerlər, hansı təhsil müəssisələrində və ya işlərdə işləyə biləcəkləri kimi həyatlarının bir çox sahəsinə təsir göstərir.

Şimali Koreyalı akademik və fəal Yeonmi Parkın sözləri ilə desək, bu, dəyərinizin əcdadlarınızın və qohumlarınızın ləyaqət və ya mənfi cəhətləri ilə müəyyən edildiyi bir sistemdir.

Sosialist rejim altında bütün vətəndaşlarına bərabər imkanlar təqdim etdiklərini iddia edən Pxenyan rəsmiləri onun mövcudluğunu inkar etsələr də, ölkədən qaçanlar və bəzi ekspertlər son dövrlərdə bu sinfi sistemin mövcudluğunu təsdiq edən çoxlu ifadə və sənədlərə əl atdıqlarını iddia edirlər.


Mənbə: BBC news türkçe

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et