Bu gün:

Rosetta Daşı: 220 il əvvəl tapılan və heroqliflərin sirrini açan ən qədim çoxdilli yazı


Rosetta daşının çəkisi təxminən 760 kq və eni 72 sm-dir. Onun qranit və ya qara bazaltdan ibarət olduğu təxmin edilir.

Misir xalqının, kahinlərin və idarəçilərin bu fərmanı asanlıqla oxumasını təmin etmək üçün üç fərqli dildə yazılmışdır. Bu, o vaxta qədər heroqlifləri deşifrə etməyə çalışan paleoqraflar (qədim yazı mütəxəssisləri) üçün nadir fürsət idi.

Eramızdan əvvəl 196-cı ildə daşın üzərində yazılmış eyni mətnin demotik (Misirdə həmin dövrün gündəlik dili), qədim yunan (inzibati dil) və heroqliflərlə yazılmış üç variantı var. Daşın üzərində 14 sətir heroqlif, 32 sətir Demotik və 53 sətir qədim Yunan yazısı var ki, onlardan bəziləri qırılıb.

Heroqliflərdən istifadə təxminən eramızın 4-cü əsrində dayandırıldı və bu dil haqqında biliklər tədricən silindi.

Rosetta daşında Qədim Yunan dilini oxuya bilən mütəxəssislər heroqlifi deşifrə etmək üçün yunan dilindən açar kimi istifadə edirdilər.

Kitabədəki heroqliflərdə Kral Ptolemeyin adının yazıldığını ilk dəfə ingilis fiziki Tomas Yanq deşifrə edib.

Sonra fransız akademiki Jan-Fransua Şampolyon aşkar etdi ki, heroqliflər hazırkı Misir Kopt dilində səsləri təmsil edir. Beləliklə, heroqliflərin sirri də böyük ölçüdə açılıb.

Nəhayət, Misirşünaslığın qədim Misir dilini və mədəniyyətini öyrənən qolu yarandı.

Napoleon Misirdə məğlub olduqdan sonra 1801-ci ildə imzalanan "İsgəndəriyyə müqaviləsindən imtina" nəticəsində Misirdə fransızların tapdıqları əsərlər ingilislərin himayəsinə verildi və Rosetta daşı İngiltərənin Portsmut şəhərinə çatdı. Kral III George-un əmri ilə həmin ilin iyulunda daş Britaniya Muzeyində nümayiş etdirilməyə başlandı.

Rosetta daşı 1917-ci ildə I Dünya Müharibəsi zamanı zədələnməsinin qarşısını almaq üçün gizli bir yerə götürüldü və 2 ildən sonra muzeyə qaytarıldı.

Mənbə: BBC news türkçe

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et