24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı "İntellect Academy"nin rəhbəri, psixoloq Fərqanə Mehmanqızıdır. O, insanların mistisizmə marağı barəsində danışıb.

Nə üçün 21-ci əsrdə – texnoloji tərəqqi və innovasiya əsrində yaşayan bir çox insanlar mistisizmə, falçılığa, ulduz falına və əlamətlərə inanmaqda davam edirlər?
İnsanlar texnoloji tərəqqi və innovasiya əsrində yaşasalar da, insanoğludular və insanın xisləti nədirsə, o dəyişilmir. İnsan kainat ilə daima əlaqədədir. Nə qədər ki, insanda gələcəyə, keçmişə, dinə, qeyri-adi güclərə maraq var, insanlar onlara inanmaqda davam edəcəklər. Çünki insanın təkcə fiziki yox, mənəvi tələbatları, duyğuları da var. Bu duyğuları idarə etmək üçün isə inam lazımdır. İnsan mənəviyyatsız, imansız heç bir iş görə bilməz. Çünki insanın bir üzvü iman deməkdir. Texnologiya əsrinin olması insan mənəviyyatının olmaması demək deyil. İnsanın həmişə mənəvi ehtiyacları var. Əgər bu mənəvi ehtiyacları qarşıdakı insan ödəyə bilmirsə, insanın mistikaya, möcüzəyə ehtiyacı yaranır. İnsan yaranandan bu var və həmişə də olacaq.
Gülay Qəribova
