Bu gün:

Sosial şəbəkələrdə tanışlıq zamanı nələrə diqqət edilməlidir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı sosioloq Əhməd Qəşəmoğludur. O, sosial şəbəkələrdə tanışlıq barəsində danışıb.


Sosial şəbəkələrdə tanışlıq zamanı nələrə diqqət edilməlidir? 

Tamamilə demək olmaz ki, sosial şəbəkələrdə tanışlıq olmaz. Tanışlıq olar, amma son dərəcə diqqətli olmaq lazımdır. Əməkdaşlarımla araşdırmalarımın nəticəsi olaraq söyləyə bilərəm ki, sosial şəbəkədəki insanları bir neçə qrupa bölmək olar. Bir qrup insanlar var ki, onlar sosial şəbəkə xəstəsidir. Onların işi-gücü sosial şəbəkədə kimliyindən asılı olmayaraq insanlarla tanış olmaqdır. Digər qrup insanlar var ki, onlar ağır xəstə, müəyyən qüsurlu olub özlərini başqa insan adı ilə təqdim edirlər. Başqa qrup insanlar isə ciddi tanışlıq məqsədi ilə fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə tanışlığın yolverilməz olduğunu hesab etmirəm, amma tanışlıq zamanı bacardığımız qədər ehtiyatlı olmalıyıq. Çünki bu şəbəkənin qeyri-adi bir xüsusiyyəti var ki, buradakı insanın əxlaqını müəyyənləşdirmək üçün bir qədər təmkinli, səbirli olmaq lazımdır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et