Bu gün:

Yüksək ətraf mühit həssaslığı: Simptomlar və xüsusiyyətlər


Yüksək ətraf mühit həssaslığı

Səslər və ya kəskin qoxular, parlaq işıqlar, insan izdihamı... Bunlar ətraf mühitə həssaslığı yüksək olan insanların maraqlana biləcəyi nümunələrdir. Ətraf mühitə qarşı həddindən artıq həssaslıq, yaxın ətraflarından gələn sosial, fiziki və emosional stimullardan yüksək stress keçirən insanların xarakterik xüsusiyyətinə çevrilir.

Məşhur amerikalı müəllim və psixoloq Con Dyui deyib ki, bizim xoşbəxtliyimiz sosial mühitlə nə qədər uyğun olmağımızdan asılıdır. İstənilən dəyişiklik, kiçik pozuntular və ya uyğunsuzluqlar psixoloji və fizioloji qeyri-sabitlik yaradır.

Ətraf mühitə qarşı yüksək həssaslığa malik olmaq ətrafa daha şiddətli reaksiya göstərilməsinə səbəb olur.

Yüksək ətraf mühitə həssaslığın xüsusiyyətləri hansılardır?

Bu vəziyyətlə bağlı yadda saxlamaq lazım olan vacib bir şey ondan əziyyət çəkənlərin önə çıxmasıdır. Başqalarından daha həssas insanlar ola bilər. Bəzi sıxıntılı fərdlərin yaxın mühitdən gələn psixososial stimullara qarşı dözümlülük həddi bir qədər yüksək ola bilər. İndi bu mövzu ilə bağlı ən ümumi xüsusiyyətlərdən bəzilərinə nəzər salaq:

Parlaq işıqlar, yüksək səslər və müəyyən qoxular ətrafında narahatlıq hissi.

qəfil səslərdən qorxmaq; avtomobilin əyləclənməsi, qapının bağlanması və ya şüşənin sınması kimi.

Çox insan olduqda baş verən narahatlıq vəziyyətləri.

Həssaslığı yüksək olan insanlar pis xəbərləri eşitdikdə və ya görəndə daha çox təsirlənir.

Bu insanların digər insanlar tərəfindən edilən haqsızlıqları görəndə və ya oxuyanda qəzəb, kədər və ya məyusluq hiss etməsi də adi haldır.

Bütün bu duyğular baş ağrısı, həddindən artıq yorğunluq və dəri problemləri kimi fiziki problemlərə səbəb ola bilər.

Yüksək ekoloji həssaslıqla mübarizə yolları

Bu vəziyyətə ən yaxşı cavab stresə salan vəziyyətdən qaçmamaqdır. Həssaslıq problemlərindən qaçmaq üçün ideal mühit yaratmaq mümkün deyil. Bu gün əksər mühitlərdə gözlənilməz və idarəolunmaz stimullar var.

Xarici amilləri həll etmək əvəzinə, daxili amilləri düzəltmək üçün çalışılmalıdır. Bu stimulantların zehnə və bədənə təsirini minimuma endirmək üçün üsullar var. Həddindən artıq həssaslıq problemini həll etməyin ən yaxşı yolu emosional və həssas müdafiələr üzərində işləməkdir.

Mənbə: Aklınızı Keşfedin

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et