Bu gün:

Zanbaq çiçəyi


Hər çiçək kimi zanbaq çiçəyinin də özünəməxsus xüsusiyyətləri var. Zanbaqlara qulluq etmək üçün baxım qaydasını bilmək və və bu detallara diqqət yetirmək lazımdır.


Zanbaq çiçəyi çox davamlı bitkidir. Möhkəm konstruksiyaya və uzun bədənə malikdir. Çoxillik bitki olan bu çiçəyə qulluq edildiyi müddətcə uzun illər sizə yoldaşlıq edəcək. Bir çox rəng çeşidinə malikdir. Zanbaq çiçəyinin hər rənginin fərqli mənaları olduğu üçün hədiyyə göndərərkən mənalarına diqqət yetirməkdə fayda var. Zanbaqlar olduğlari mühitdə qoxusu ilə diqqət çəkir və çox xoş qoxuya malikdirlər. Zanbaq çiçəyinin yarpaqları qısa və ətlidir. Çoxalma zamanı qaranlıq mühitdə daha tez cücərmə qabiliyyətinə malikdirlər.

Rənglərinə görə zanbaq çiçəkləri aşağıdakı mənalara malikdir:


 Ağ zanbaq saflığı və yenidən doğulmağı simvollaşdırır.


 Çəhrayı zanbaq sevgi və heyranlıq mənasını daşıyır.


 Qırmızı zanbaq sevgi və ehtirasın mənasını daşıyır.


 Narıncı zanbaq enerji və səmimiyyəti simvollaşdırır.


 Sarı Zanbaq mənası xoşbəxtlik və sülhdür.

 Zanbaq çiçəyi hekayəsi necədir?

Yunan mifologiyasında Zevsin arvadı Heranın ana südündən yaradıldığı güman edilən zanbaq çiçəyi saflığın simvolu olaraq görülür. Bu zanbağın mənşəyi Yaponiya hesab olunur.

Zanbaq çiçəklərinin rəngləri hansılardır?

Zanbaq çiçəyi təbiətdə ağ, qırmızı, bənövşəyi, narıncı və çəhrayı rənglərdə görünür. Bu rənglər arasında ən çox seçilən ağ zanbaq çiçəyidir.

Mənbə: Herterbitki

Tərcümə edən: Leila Adigözəlova

Paylaş
Şərh əlavə et