Bu gün:

Timsahlar, həqiqətən, rəng korudurmu?


Timsahların gözlərində üç pərdə var. Onlar rəng korudurlar.Timsahlar ovlarını təxminən 12 m/s sürətlə tuturlar. İndiyə qədər tapılmış ən böyük timsahın uzunluğu 6,2 metrdir. Dünyada timsahların 23 növü məlumdur. Timsah növlərinə bir çox yerdə rast gəlmək olar (adətən Asiya, Avstraliya, Afrika və Amerikanın tropik bölgələri). Timsahlar ancaq ətlə qidalanırlar. Timsahların 24 iti dişi və çox güclü çənə quruluşu var. Dişi timsahlar eyni vaxtda təxminən 80 yumurta qoyurlar. Timsahlar uzunömürlü heyvanlardır, orta hesabla 70 il yaşayırlar. Alliqatorlar güclü quyruqları sayəsində saatda 25 mil sürətlə üzə bilirlər. Timsahlar göllər, çaylar, şirin su, duzlu su və şor su kimi yerlərdə rahatlıqla yaşaya bilirlər. İsti günlərdə sərinləmək lazımdır. Soyumağın yeganə yolu ağızda istilik yaymaqdır. Ona görə də ağızlarını açıq saxlayırlar.


Mənbə: biyologlar.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et