Bu gün:

Amityville cinayəti: Ronald DeFeo


Amityville cinayəti: Ronald DeFeo


Ailədaxili qətllər bir ailə üzvünün başqa bir ailə üzvünü öldürdüyü vəziyyətə aiddir. Bu cür hadisələr çox vaxt ailə üzvləri arasında münaqişələr və ya uzun müddət davam edən gərginliklər nəticəsində yaranır. Bu gün Amityville cinayətlərini birlikdə araşdıracağıq.


Kiçik Ronald DeFeo 26 sentyabr 1951-ci ildə anadan olub. Luiza DeFeonun 5 övladının ən böyüyü olaraq anadan olub. Atası avtomobil satıcısı olan DeFeo ailəsinin çox rahat və sərfəli həyatı olub, maddi sıxıntısı olmayıb.


Amma DeFeonun atasının çox qəzəbli və gərgin xarakterə malik olduğu deyilirdi. O, hətta bəzən ailə üzvlərinə qarşı zorakılıq edirdi. Onsuz da çox çətin ailə həyatı yaşayan DeFeo məktəbə getməyə başlayanda  həyatı daha da çətinləşdi. 


Uşaqlıqda kök və utancaq olan DeFeo məktəbdə digər uşaqlar tərəfindən zorakılığa məruz qalıb. Atasının və məktəbdəki uşaqların zorakılıqlarına dözə bilməyən DeFeo yeniyetməlik illərində onlara qarşı fiziki zorakılıq tətbiq edərək müqavimət göstərməyə başlayıb. Daha sonra ailəsi onu psixiatra aparıb, lakin DeFeoonun köməyə ehtiyacı olmadığını israr edərək görüşlərinə qatılmayıb.


17 yaşında DeFeo içki içməyə və  heroin kimi narkotiklərdən istifadə etməyə başladı. Daha sonra digər tələbələrə qarşı aqressiv davranışına görə məktəbdən qovuldu. Yenə də bir çox insanlar DeFeo ailəsini yaxşı, normal ailə hesab edirdilər. Onların iddiasına görə, ailə zahirən nəzakətli və kifayət qədər dindar olub.


1974-cü ildə Ronald DeFeo  anasını, atasını və bacı-qardaşlarını Lonq Aylenddəki evlərində güllələyərək öldürüb və deyib ki, şeytan və şər ruhlar onu buna məcbur edib. Günahını etiraf etməzdən əvvəl Ronald DeFeo ailəsinin öldürüldüyü gün günortanın çox hissəsini dostları ilə keçirmişdi.


 O, hadisədən əvvəl bir neçə dəfə ailəsinə və bacı-qardaşlarına zəng etdiyini, lakin onlarla əlaqə saxlamadığını bildirib. Onun iddiasına görə, dostlarının da bundan xəbəri olub. Daha sonra Amityville-ə evlərinə getdiklərini söylədi. İddiaya görə 23 yaşlı DeFeo evə gedəndə anasının, atasının, iki qardaşının və iki bacısının öldürüldüyünü görüb, daha sonra dəlilər kimi qışqıraraq yaxınlıqdakı bara gedib. 


Daha sonra bir qrup dost Defonu evinə qayıdarkən müşayiət etdi və onların hamısı bu sarsıdıcı mənzərənin şahidi oldular. Bütün ailə üzvləri yataqlarında yatarkən güllələnərək öldürülmüşdür. Hadisə yerinə gələn polislər DeFeonu şokda görüblər.


DeFeo israrla ailəsinin mafiya tərəfindən hücuma məruz qaldığını söylədi. O qədər ki, hətta mümkün bir ad da verdi! Amma sonradan məlum oldu ki, bu mümkün ad hadisə baş verən gün şəhərdə olmayıb və DeFeo hekayəsinin bəzi hissələri uyğun gəlmir.


Ertəsi gün DeFeo nəhayət həqiqəti etiraf etdi və ailəsini öldürənin özü olduğunu söylədi.  Dediyinə görə, Defo ilk olaraq 35 kalibrli silahla evini izləməyə başlayıb. Daha sonra  əvvəlcə ana-atasının otağına girərək onları güllələyib. Valideynlərindən sonra bacı-qardaşının otağına gedib onları öldürüb.


Daha sonra o, duş qəbul edib, qanlı paltarını və silahını yastığının altında gizlədib və sübutlardan qurtulmağı unutmayaraq, adi bir səhərmiş kimi işə getmək üçün evdən çıxıb. Həmin gün atasına bir neçə dəfə zəng vurub. Daha sonra o, guya onların vəziyyətini yoxlamaq üçün  evlərinə qaydıb. 


Bu dəhşətli vəhşilik haqqında Amityville Cinayətləri adlı sənədli film də nümayiş olundu.


Mənbə: onedio

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et