Bu gün:

Rənglərə görə şəxsiyyətin təhlili


Araşdırmalara görə kişilər yaşıl, dəniz mavisi, narıncı və tünd bənövşəyi rənglərə, qadınlar firuzəyi yaşıl, açıq mavi və çəhrayı kimi açıq-solğun rənglərə, uşaqlar isə mavi, qırmızı, yaşıl, sarı və narıncı kimi canlı rənglərə üstünlük verirlər.

Rənglərə görə şəxsiyyət təhlili və rənglərin üzərimizdə yaratdığı təsir

Kişilər və qadınların fərqli beyin strukturları var.

Gözdəki milyonlarla hüceyrə rənglərin beyin tərəfindən qəbul edilməsini təmin edir. Rənglər görmə mərkəzlərində təhlil edilir. Daha sonra mürəkkəb bir proses vasitəsilə dərin beyin strukturlarındakı retort mərkəzləri ilə ünsiyyət başlayır. Bu prosesdən sonra kişilər və qadınlar fərqli beyin quruluşlarına görə rəngləri fərqli şəkildə qəbul edirlər. 

Rənglər insan psixologiyasına necə təsir edir?

Mavi

Yalnızlığı, kədəri, depressiyanı, müdrikliyi, etibarı və sədaqəti simvollaşdırır. Nevroloji klinikalarda mavi rəngdən, xüsusən də tünd mavi rəngdən qaçınmaq lazımdır, psixoloqlar xəstə görüşləri zamanı heç vaxt mavi paltar geyinməməlidirlər. İş müsahibələrində mavi geyinmək qətiyyət və bağlılıq deməkdir. 

Qırmızı

Qırmızı; Həyəcan, aqressiya və sevgi rəngini təmsil edir: Qırmızı rəng; istilik, od, qan, sevgi, səmimiyyət, güc, həyəcan və aqressiya kimi anlayışları simvollaşdırır. Qırmızı rəng qan təzyiqini və tənəffüsü sürətləndirir, insanları tez qərarlar verməyə sövq edir və gözləntilərin artmasına həvəsləndirici təsir göstərir. Qırmızı rəngdə olan sözlər və əşyalar dərhal insanların diqqətini cəlb edir. 

Sarı

Çağırıcı, enerjili rəngdir. Parlaq limon sarısı gözləri ən çox yoran rəngdir. Eyni zamanda sarı rəng maddələr mübadiləsini sürətləndirir. Otağı açıq-sarı rəngə boyamaq körpələrin ağlamasına, böyüklərin isə qəzəblənməsinə səbəb ola bilər. Sarı beyni və gözləri yorur. Ancaq az miqdarda istifadə edildikdə parlaqlıq və istilik hissi verir.

Yaşıl

Yaşıl sakitləşdirici və görmə qabiliyyətini yaxşılaşdıran təsiri ilə seçilir: Yaşıl gözlər üçün ən rahat rəngdir və görmə qabiliyyətini artırır. 

Ağ saflığı, təmizliyi və məsumluğu simvollaşdırır. Bir çox mədəniyyətlərdə gəlinlər ağ geyinirlər. Həm də təmizliyi çağırışdırır. Buna görə həkimlər, tibb bacıları və laborantlar steril olmaq üçün ağ paltar geyinirlər. Ağ işığı əks etdirir və ətrafı sərin saxlayır. Buna görə də yay geyim rəngidir. Bu, ümumi sərin və təravətləndirici hiss verir.

Bənövşəyi

Rənglərin ən nəcibi; bənövşəyi: Bənövşəyi zadəganlığın rəngidir. Lüks həyatı, zənginliyi və zərifliyi simvollaşdırır. Həm də romantikanın, həssaslığın və ehtirasın rəngidir. Bəzi insanlar parlaq atmosferinə görə bənövşəyi rəngdən bəzəkdə istifadə etməyi xoşlayırlar. Bəzi insanlar bunu süni rəng kimi qəbul edirlər.

Qəhvəyi

Qəhvəyi təbiəti və etibarlılığı göstərir: Yerin və ağacın rəngidir. Qəhvəyi təbii, rahat və açıq atmosfer yaratmağa kömək edir. Sabitlik, güc, yetkinlik və etibarlılıq mesajları verir. 

Çəhrayı

Çəhrayı rəng romantik və zərifdir. Sakitləşdirici təsiri də var. Araşdırmalar göstərir ki, çəhrayı rəng insanları sakitləşdirir və ürəkləri yumşaldır. Çəhrayı otaqda insan qəzəblənmək istəsə belə, uğur qazana bilməz. Çəhrayı sakitləşdirici rol oynayır, enerji cəlb edir. Ancaq təəssüf ki, çəhrayı rəngin sakitləşdirici təsiri bəzən qısa müddətli ola bilər.

Mənbə: Ensonhaber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et