Bu gün:

Dəniz dalğaları necə yaranır?


Dənizdə təpəşəkilli dalğalar enerjinin bir ərazidən digərinə ötürülməsi nəticəsində yaranır.

Dalğaların əmələ gəlməsində birdən çox amil rol oynayır. Lakin ən böyük faktor dənizlərin üzərində əsən küləklərdir. Bəzən sürüşmələr, zəlzələlər və dəniz dibindəki vulkanik fəaliyyətlər də dalğaların əmələ gəlməsinə səbəb olur.

Misal üçün; İnsan durğun suya daş atanda suyun səthində daşın yaratdığı halqalar (dalğalar) sahilə doğru hərəkət edir. Əslində, daşın atıldığı nöqtədəki suyun özü deyil, həmin anda yaranan enerji su dalğaları şəklində sahilə ötürülür. Əsasən, dalğa hərəkəti mühitdə titrəmələrin ahəngdar hərəkəti kimi düşünülə bilər. Su dalğasında hər bir su molekulu həm yuxarı-aşağı, həm də irəli-geri istiqamətdə vibrasiya hərəkətlərinin birləşməsi nəticəsində əmələ gələn dairəvi orbiti izləyir. Bu arada onlar qonşu molekullara enerji ötürərək, onların oxşar hərəkətlər etməsində rol oynayır. Başqa sözlə, suyun səthindəki hər bir molekul bir-birinin ardınca hərəkət edən, lakin bir-birindən asılı olmayan titrəmə mənbəyidir. Beləliklə, tərəqqi istiqamətində əmələ gələn dalğalar sahilə çatır.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et