Bu gün:

Səyahət zamanı yaranan ürəkbulanma hallı və həll yolları


Səyahət zamanı ürəkbulanma və ya hərəkət xəstəliyi bədənin balans mexanizmi ziddiyyətli siqnallar qəbul etdiyi üçün baş verir.

Tarazlığı təmin edən ən əhəmiyyətli orqan daxili qulaqdakı kanallardır. Bu kanallar beynimizlə əlaqə qurur və bədənimizdə baş verən dəyişiklikləri ora ötürür. 

Lakin insanların balans sistemi təkcə bundan ibarət deyil. Bədəndə hiss edilən cazibə istiqaməti və gözlərlə görülənlər balans sisteminin işləməsi üçün tələb olunanlardır.

Avtobus və avtomobil kimi nəqliyyat vasitələri ilə səyahət edərkən insanların gördükləri və hiss etdikləri çox vaxt uyğun gəlmir. Məsələn, insan yan pəncərədən baxanda gördüyü sağdan sola hərəkət etdiyidir. Amma hiss etdiyi odur ki, arxadan irəliləyir. Əgər o zaman baş düz yatırsa, daxili qulaq hiss edir ki, nədənsə əslində diaqonal olaraq dayanılmalıdır. Balans sistemi bütün bu ziddiyyətli siqnallara anlam verə bilmir və beyin böyük ehtimal etdiyi problemə qarşı tədbir görməyə başlayır: Zəhərlənmə.

Beyin insanın zəhərləndiyini düşündüyü üçün dərhal hərəkətə keçərək ən primitiv reflekslərdən olan ürəkbulanma, tərləmə, aşağı təzyiq kimi öz ehtiyat tədbirlərini aktivləşdirir. 

Tətilə gedərkən insan həqiqətən zəhərləndiyi təqdirdə həyatını xilas edəcək bu tədbirləri gördüyü zaman sinir bozucu bir təcrübə olur.

Bunun qarşısını almaq üçün nəqliyyat vasitəsində gedilən istiqamətdə oturmaq, gedilən istiqamətə baxmaq və başı dik tutmaq, yəni balans sisteminə ziddiyyətli siqnallar verməmək vacibdir.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et