Bu gün:

Günəş kremindən istifadənin faydaları


Sağlamlığa çoxlu faydaları ilə yanaşı, günəş şüaları zərərli ultrabənövşəyi şüalar və dəri xərçəngi də daxil olmaqla bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.  Günəşdən qoruyucu vasitələr ultrabənövşəyi şüaların bir hissəsini udaraq və ya əks etdirərək günəş yanıqlarının qarşısını alır və dəri xərçəngini önləyir. 

Günəş kreminin faydaları son illərdə getdikcə daha çox başa düşülür və istifadəsi daha geniş yayılıb. Günəş işığının sağlamlıq üzərindəki müsbət təsirlərindən faydalanmaq üçün çox məhdud bir müddət ərzində günəşdən qoruyucu sürmədən günün müəyyən saatlarında günəş vannası qəbul etmək lazımdır;  Ancaq qalan vaxtlarda günəş şüalarının zərərli təsirləri sıx olur və bu səbəbdən günəşdən qoruyucu kremlərdən istifadə etmək doğru yoldur.

Günəş kremindən necə istifadə etməli?

Günəşdən 20 dəqiqə əvvəl günəşə məruz qala bilən bölgələrə günəşdən qoruyucu krem çəkilir və dəriyə hopdurulur.  Kremi qalın bir təbəqədə tətbiq etmək faydalıdır. Beləliklə, günəşin zərərli təsirlərindən tam qorunma təmin edilə bilər. Günəşdən 20 dəqiqə əvvəl günəşdən qoruyucu sürtmək də çox vacibdir, çünki günəş kreminin aktivləşməsi üçün bu vaxt lazımdır.  Əgər gün boyu günəşə məruz qalacaqsınızsa, gün ərzində müəyyən aralıqlarla günəşdən qoruyucu kremi yenidən sürtmək faydalıdır.  Günəş vannası müddəti keçdikdən sonra dəri günəşdən sonra kremlə nəmləndirilə bilər.

Beləliklə, günəş işığının səbəb ola biləcəyi zərərli təsirlərdən daha yaxşı qorunma təmin edilə bilər. Açıq havada keçirəcəyiniz vaxtı nəzərə alaraq, günəş kreminin SPF dərəcəsini nəzərə almaq lazımdır.  SPF dərəcəsi günəşdən qorunma faktoru kimi tanınır.  15, 20, 30 və 50 kimi müxtəlif dozalarda tapıla bilən SPF dərəcəsi də günəşdən qoruyucu kremin keyfiyyətini müəyyən edir.  Günəş altında qalma müddəti uzun olarsa, 50 faktorlu günəş kremindən istifadə etmək lazımdır.  Bu məhsul günəşin zərərli şüalarının 98 faizinə qədərini süzə bilir.  Qısa müddət ərzində günəşə məruz qalacaqsınızsa və ya günəş şüalarının üfüqi olduğu saatlarda çölə çıxacaqsınızsa, istifadə etdiyiniz günəş kreminin faktoru daha aşağı ola bilər.

Günəşdən qoruyucu krem nə vaxt istifadə edilməlidir?

Birbaşa günəşə məruz qaldıqda günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir.  Günəşlə təmasda olacaq bütün dəri sahələrinə, günəş işığına məruz qalmadan təxminən 20 dəqiqə əvvəl tətbiq olunan günəşdən qoruyucu günəşin zərərli təsirlərindən uzun müddət tam qorunmaq üçün kifayət edəcəkdir.  Bundan əlavə, günün müəyyən saatlarında günəşdən qoruyucu kremi təkrar çəkmək faydalıdır.  Mustela günəş kremləri suya və tərə davamlıdır və buna görə də uzunmüddətli qoruma təmin edə bilər.  Bu amillərdən asılı olmayaraq, hər 3 saatdan bir günəş kremini yeniləmək faydalıdır.

Mənbə : Mustela.com
Tərcümə etdi: Leila Adigözəlova

Paylaş
Şərh əlavə et