Bu gün:

Glaucidae


Glaucidae

Glaucidae fəsiləsinə aid orta boylu dəniz ilbizləri növüdür. Mavi dəniz ilbizi, Mavi okean ilbizi, Mavi əjdaha və ya Dəniz kərtənkələsi kimi də tanınır. Uzunluğu 6 sm-dir və onu bütün okeanlarda və mülayim tropik sularda görmək olar. Digər növləri ovlayaraq qidalana bilsələr də, cannibalizmlə öz növlərini ovlaya və qidalana bilərlər. Qarınlarındakı qaz kisələri sayəsində suyun səthində üzə bilirlər. Və onlar okeanın səthindən dərinliklərinə qədər üzə bilirlər. Qollarının ornamentasiyası onları həm üzən, həm də uçan yırtıcılardan qoruyur. Bu tip kamuflyaj “əks kölgə” adlanır. Aşağı səthi boz rəngdədir. Bu, su səthinin rənginə uyğunlaşır və aşağıdan gələn yırtıcılardan qorunma təmin edir. Digər bir xüsusiyyəti də son dərəcə zəhərli olan hidrozoa ilə qidalanmalarıdır. Lakin Gatlanticus və digər dəniz ilbizləri bu zəhərli hüceyrələri özlərinə zərər vermədən udurlar.Bu zəhərli hüceyrələrdən necə qorunduğu bəlli olmasa da, ifraz olunan qoruyucu bir selik sayəsində olduğu düşünülür. Bədəndə saxlanılan bu zəhər yırtıcılara qarşı istifadə olunur.

Mənbə: evrim ağaci

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et