Bu gün:

5-7 yaş aralığında olan uşaqlar oruc tuta bilərlərmi?


24Media.az-ın " 1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı  qida eksperti Fərid Səfərovdur. O, uşaların necə oruc tutmağından danışıb.

5-7 yaş aralığında olan uşaqlar oruc tuta bilərlərmi, byonların orqanizminə necə təsir edir?

 
Oruc tutmaq, Ramazan ayını ibadətlə keçirtmək dinimizin gözəlliklərindən biridir. Biz oruc tutub, sahur və iftar yeməklərini ailəlikcə yedikcə övladlarımızda da maraq və tutmaq istəyi yaranır. Bu çox normal və gözəl bir haldır.

 

Uşağın bu prosesi sağlam şəkildə yaşamasına kömək etmək üçün imkan daxilində uşaq ailəsi ilə sahura qalxa bilər. İftar vaxtı azanı həyəcanla gözləmək uşağa xoş hisslər bəxş edə bilər. Uşaq oruc tutarsa, iftara qədər gözləmədən günorta və ya günortadan sonra tox saxlayacaq yemək yeməlidir.(Ət və tərəvəz xörəkləri, bulqur, ayran, yağ, paxlalılar və s.) Əgər uşaq açıq havada çox vaxt keçirirsə və ya idmanla məşğul olursa, bol su içmək və orqanizmə öyrəşmək imkanı vermək lazımdır. Ona görə də, uşaqlar mütləq günün ortasında yemək yeməli, bol su içməlidirlər.

 

Ramazan ayını uşaqlara aclıq ayı kimi deyil, sevgi, dostluq, paylaşma ayı kimi öyrət lazımdır. Psixoloji təzyiqdən qaçaraq bəzi şeyləri qavraya biləcəkləri şəkildə öyrənmələrinə kömək edin “Mütləq oruc tutmalısan, yoxsa günahdır” kimi narahatlıq yaradan, uşağı qorxudan cümlələrdən çəkinin. Ramazan ayında qohumlarınızla görüşün və övladlarınızla ailəlikcə səyahət edin. Bu xoşbəxt günlər övladlarınızın gələcəkdə ən qiymətli anları kimi yaddaşlarında canlanacaq. Hər kəsə xeyirli, sağlam Ramazan ayı diləyirəm. Sağlam qidalanaraq sağlam yaşayın!


Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et