Bu gün:

Zhangye Danxia'nın rəngli qayaları


Zhangye Danxia'nın rəngli qayaları

Bu qaya birləşmələri yalnız Çində tapıla bilən petroqrafik geomorfologiyanın unikal növüdür. Rəngli süxurlar əsasən Təbaşir dövrünə aid qırmızı qumdaşı və konqlomeratlardan ibarətdir.

Tədqiqat təxminən 100 milyon il əvvəl nəhəng bir daxili hövzənin olduğunu göstərir. Su ətrafdakılardan buraya lil aparırdı. Qlobal yüksək temperatur nəticəsində hövzə quruyub və bu quraq şəraitdə çöküntü oksidləşərək pas rəngi alıb. Təxminən 70 milyon il əvvəl təbaşir yatağı kimi tanınan hövzədə 3700 metr qalınlığında qırmızı təbəqə əmələ gəlmişdi. Yuxarıda 1300 metr qalınlığında sərt təbəqə, Təbaşir dövrü sisteminin təbəqəsi var idi ki, ondan tədricən Danxia dağının zirvələri əmələ gəlirdi.

30 milyon il əvvəldən bəri dağ qurma hərəkətləri hövzənin mənzərəsini dəfələrlə dəyişdirdi. Kəsilmiş və eroziyaya uğramış çöküntüdəki çatlardan aşağı axan su yamacı aşındıraraq, qırmızı, parçalanmış qayaları geridə qoyub. İndi gördüyümüz Danxia quru hissəsindən başqa bir şey deyil.

Mütəxəssislərin fikrincə, son 500 000 il ərzində hər 10 000 ildən bir orta hesabla 0,87 metr yüksəlməklə regionda dağ əmələ gəlməsi hələ də davam edir.

Ərazi tez bir zamanda yuxulu Zhangye şəhərinin məşhur cazibəsinə çevrilir. Ziyarətçiləri heyrətamiz qaya birləşmələri və rəngli qayaları kəşf etməyə təşviq etmək üçün müxtəlif piyada keçidləri və yollar tikilmişdir. Ümumdünya İrs Komitəsi Braziliyanın paytaxtı Braziliyada keçirilən 34-cü iclasında Çjanqyenin Rəngli Qayalarının YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasına qərar verib.

Mənbə: sonikstour.ru

Tərcümə etdi: Aytac Şirəliyeva

Paylaş
Şərh əlavə et