Bu gün:

Gucci niyə bu qədər bahadır?


Dizayn, istehsal, marketinq və istəyin birləşmiş qüvvələri "Gucci" məhsullarının bu qədər baha olmasında rol oynayır.

"Gucci" bir çox digər yüksək səviyyəli markalar kimi qiymət artımı tendensiyasını izləyir. "Gucci" və buna bənzər yüksək səviyyəli dizayner şirkətləri hər bir əşyanı hazırlamaq və satmaq üçün nə qədər xərc çəkdiyinə görə geyim və aksesuarlarına qiymət verirlər. Bu proses şirkət üçün orijinal əşyalar yaradan dizaynerlərlə başlayır. Dizaynerlər hər bir dizayn layihəsinə sərf etdikləri vaxt və səy əsasında maaş almaq istəyirlər. Elit dizaynerlər ən yüksək məbləği tələb edir. "Gucci"nin pul xərclədiyi növbəti sahə məhsul istehsalıdır. Şirkət xammal, istehsal alətləri, işçi qüvvəsi və anbarlara daşınma xərclərini ödəyir. Bu xərclər artdıqca şirkət qiymətləri qaldıraraq kompensasiya edir. Məhsullar tamamlandıqdan sonra Gucci reklam və marketinq üçün pul ödəməlidir. Bu, məhsulları istehlakçılara tanıtmaq üçün lazımdır. Təkcə bu sahəyə külli miqdarda vəsait xərclənir. İstehlakçının eksklüziv dəbli dəb əşyalarına sahib olmaq istəyi "Gucci"nin məhsulların qiymətlərini müəyyən edən başqa bir amildir. Dünyada getdikcə artan varlı insanlar markanın etdiyi hər şeyə sahib olmaq üçün minlərlə dollar xərcləyə bilirlər.

Mənbə: 411answers

Tərcümə etdi: Zəhra Niftiyeva





Paylaş
Şərh əlavə et