Bu gün:

İnsan hüqüqları deyəndə nə nəzərdə tutulur?


İnsan hüquqları irqindən, cinsindən, milliyyətindən, etnik mənsubiyyətindən, dilindən, dinindən və ya hər hansı digər statusundan asılı olmayaraq bütün insanlara xas olan hüquqlardır. İnsan hüquqlarına yaşamaq və azadlıq hüququ, köləlik və işgəncədən azad olmaq, fikir və ifadə azadlığı, işləmək və təhsil hüququ və s. daxildir. Hər kəs ayrı-seçkilik olmadan bu hüquqlara malikdir.

İnsan hüquqları mədəniyyətlər, dinlər və fəlsəfələr arasında paylaşılan ləyaqət, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. 

İnsan hüquqlarına hörmət hər kəsin öz töhfəsini verə biləcəyi güclü icmaların təməl daşıdır.

Mənbə: Humanrights.gov

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et