Bu gün:

Avstraliyanın Çəhrayı gölü: Hillier gölü


İngilis kəşfiyyatçısı Metyu Flinders tərəfindən kəşf edilən və çəhrayı rəngi ilə insanları valeh edən Hillier gölü Avstraliyanın qərb bölgəsində Recherche arxipelaqının Orta adasında yerləşir.

Hillier gölünün uzunluğu təxminən 600 metr və eni 250 metrdir. Meşələrlə əhatə olunmuş bir duz gölü olan Hillier gölünün Dunalliella salina yosun çeşidinin istehsal etdiyi qırmızı piqment, həmçinin Halobakteriya adlı mikroorqanizmlər səbəbiylə çəhrayı rəngə sahib olduğu düşünülür, lakin bu, qəti şəkildə sübuta yetirilməmişdir. Gölün duz tərkibinin artması, günəş işığının təsiri və ola bilsin ki, yüksək temperatur kimi faktorlar Dunalliella adlı yosunları bu rəngi yaradan piqmentləri ifraz etməyə sövq edir. Alimlər, əvvəlcə, bu rəngin gölün dibindən əks olunması nəticəsində əmələ gəldiyini düşünsələr də, sudan bir hissə götürülüb başqa qaba köçürüldükdə rəngini saxladığını müşahidə ediblər. Göldən insan sağlamlığına heç bir zərər aşkar edilməyib. Lakin duzun çox olması səbəbindən balıq həyatı üçün uyğun deyil.

Mənbə: Typelish

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et