Bu gün:

Süni intellektin öyrənilməsi bir uşağın dil öyrənməsinə bənzəyirmi?


İndi oxuyacağınız bu araşdırmada süni intellektin öyrənilməsi yalnız bir uşağın aldığı məlumatlarla araşdırıldı. Süni intellektin uşağın gündəlik təcrübəsindən söz və məfhumları öyrənə bilib-bilmədiyi araşdırılıb.


Altı aylıqdan ikinci doğum gününə qədər uşağa baş kamerası taxılaraq video çəkilişlər aparılıb. Kamera uşağın oyanma vaxtının cəmi 1 faizini qeydə alıb və görüntülərin ümumi uzunluğu 60 saata yaxın olub. Qeydlərdə uşağın qidalanma, oxuma və oynama kimi vaxtlarda qarşılaşdığı təxminən 250 min söz var idi. Süni intellekt sistemi, uşağın gözləri və qulaqları tərəfindən qəbul edilən məlumatları təqlid edən bu qeyd sistemindəki məlumatlar ilə öyrədildi.


Təlimin sonunda süni intellekt sınaqdan keçirilib.  Bir söz və dörd fərqli şəkil variantı təqdim edildi və xəstədən hədəf sözü şəkillə uyğunlaşdırması istəndi.  Müəyyən edilmişdir ki, süni intellekt sözləri cisimlərlə əlaqələndirə və uşağın gündəlik təcrübəsində söz və anlayışların çoxunu öyrənə bilər.  Süni intellekt üçün belə qısa bir videodan belə real dil öyrənmənin mümkün olduğu göstərilib.


Mənbə: bilimgenc.tubitak.gov.tr

Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et