Bu gün:

Əgər kor olmaq istəmirsinizsə, bunu edin...


Ümumiyyətlə, kifayət qədər bilinməsə də, bədənimizdəki digər damarlar kimi gözümüzdəki damarlarda da tıxanma ola bilər.

Gözümüzün işığa həssas hüceyrə təbəqəsi olan tor qişaya bağlı olan damarlarda meydana gələn maneələrdə ciddi görmə qüsurlarının inkişaf edə biləcəyini ifadə edən Prof. Dr. Nur Acar Göçgil,-"Makulanın sağlam işləməsini maneə törədən sızan damarlarda bu sızıntının dayandırılması və görmə itkisinin qarşısının alınması lazımdır",-dedi. 

Prof. Dr. Nur həmçinin bildirib ki, miqrasiya xəstəliyinin növlərindən biri olan retinal venaların tıxanması bütün dünyada diabetdən sonra daimi görmə itkisinin ən çox görülən ikinci səbəbidir.

Gözümüzün işığa həssas hüceyrə təbəqəsi olan tor qişa əldə edilən məlumatları beyinə ötürərək görmə daşıyıcısı rolunu oynayan sinir hüceyrələrinin ehtiyac duyduğu qida və oksigeni təmin edən qan axını ilə qidalanır. Retina venasının tıxanmasının tor qişadan gələn nazik venaların tıxanması olduğunu ifadə edən Oftalmologiya Mütəxəssisi Prof. Dr. Nur Acar Göçgil,-“Tor qişanın damar tıkanıklığı gözlərdə qalıcı görmə itkisinə səbəb olan ümumi bir xəstəlikdir. Xəstəlik daha çox təzyiqi nəzarətsiz olan insanlarda müşahidə olunur”,-dedi.

Ən çox müşahidə edilən retinal vena trombozu 

Xəstəliyin iki növünün olduğunu bildirən Prof. Dr. Göçgil,-“Mərkəzi vena tıxanması tor qişada əsas damarın tıxanması nəticəsində meydana gəlir. Tıxanma nəticəsində damar divarlarından retinaya qan və sıx maye sızır. Damarın dövranı və onun keçiricilik strukturu da pozulur. Gözün toplayıcı qan damarlarından mayenin udulması çətinləşir. Makulada, yəni sarı ləkə nahiyəsində maye toplanır və toxuma daxilində ödəm əmələ gəlir. Bu, bulanıq görmə və əyri görməyə səbəb olur. Torlu qişa venasının tıxanması əsas venadan çıxan daha nazik şaxələrdə inkişaf edən və daha çox rast gəlinən tıxanmadır. Damarla qidalanan retinal nahiyədə qanaxmalar müşahidə olunur və xəstə tıxanmış nahiyədə bulanıq görmədən, daha solğun görmədən şikayət edə bilər. Torlu qişanın qidalandırıcı damarları olan arterial tıxanıqlıqlad daha az inkişaf edir və çox qısa müddətdə daimi görmə itkisinə səbəb olur",-dedi.

Şəkər diabetindən sonra daimi görmə qabiliyyətini itirməyə səbəb olacaq ikinci xəstəlik...

Retina venasının tıxanması nəticəsində yaranan görmə itkisinin şiddətinin hansı damarların təsirləndiyinə görə dəyişə biləcəyini ifadə edən Prof. Dr. Nur Acar Göçgil,-"Tor qişa venasının (damar) tıxanması diabetdən sonra dünyada daimi görmə itkisinin ən çox görülən ikinci səbəbidir",- açıqlama verdi.

“Erkən diaqnoz üçün gözlərinizi müayinə etməyi unutmayın!"

Rutin göz və tor qişa müayinələrində bu xəstəliklə yanaşı, gözdə meydana gələ biləcək digər xəstəliklər də araşdırılaraq diaqnozun qoyula biləcəyini ifadə edir. Dr. Göçgil,-“Retina angioqrafiyası və Optik Koherens Tomoqrafiya (OKT) bu xəstəliyin diaqnoz prosesində ən çox istifadə edilən testlər arasındadır. Əldə edilən məlumatlara əsasən müalicə üsulu müəyyən edilir. Bədənimizdəki digər xəstəliklərin olduğu kimi gözümüzdəki xəstəliklərin də erkən diaqnozu üçün rutin göz müayinələrini dayandırmamaq vacibdir.”- ifadələrindən istifadə etmişdir.


60 yaşdan yuxarı insanlar üçün risklidir 

Xəstəliyin hər iki növündə makulada mayenin yığılması səbəbindən görmənin qəfil azalması ən bariz simptomlardan biridir. Oftalmologiya Mütəxəssisi Prof. Dr. Göçgil tor qişanın damar tıxanıqlığının müalicə prosesini və xəstəliyin əmələ gəlməsində risk faktorlarını belə sıraladı: 

“Təsirlənmiş damarın növü və xəstəliyin gedişində inkişaf edən fəsadlar nəticəsində, görmə yüngül görmə itkisindən ağır və daimi görmə itkisinə qədər təsirlənə bilər. Müalicə edilməzsə, gözdə yeni damarların inkişafı ilə qanaxma, torlu qişanın dartılması inkişaf edə bilər. Yenə də risklər arasında neovaskulyar qlaukoma inkişafının idarə edilməsi çətin bir komplikasiyadır".

Retinal venaların tıxanması xəstəliyi 60 yaşdan sonra insanlarda daha çox rast gəlinir. Siqaret çəkmək, yüksək qan təzyiqi, şəkərli diabet, qlaukoma və müxtəlif qan xəstəlikləri də xəstəliyin əmələ gəlməsinə səbəb ola bilər.

"Əgər anormal damarlanmalar varsa , mütləq,lazer müalicəsi edilməlidir."

Xəstədə mərkəzi tor qişa venasının və ya şaxə tıxanmasının inkişafı səbəbiylə makulada ödəm olduqda, göz içi kortizon implantı və ya anti-VEGF inyeksiya müalicələri tətbiq edilir və vəziyyət yaxşılaşana qədər müntəzəm olaraq təkrarlanır. Arqon lazer terapiyası tor qişanın angioqrafiyasında venaların tıxanması nəticəsində, əhəmiyyətli işemiya, yəni retinal qan dövranının pisləşməsi aşkar edildikdə qoruyucu məqsədlər üçün tətbiq edilir.

Xəstə yaxından izlənilməlidir. Bu müalicələrdən hansının tətbiq ediləcəyi edilən testlər nəticəsində xəstənin məlumatlarına əsasən dəyişə bilər. Həm mərkəzi retinanın, həm də retinanın şaxə damarlarının tıxanmasında, əgər gözdə yeni anormal vaskulyarizasiya baş veribsə, onların gözə qanaxmasının qarşısını almaq üçün arqon lazerlə müalicə mütləq lazımdır.


Mənbə:Haber Global

Tərcümə etdi: Gülsər Qədirli


Paylaş
Şərh əlavə et