Bu gün:

Panda


Panda

Ağ rəngli heyvanlardan biri də pandalardır.  Yırtıcı heyvanlar arasında məməlilər olan pandalar da var. Pandalar ətyeyən heyvanlar kimi tanınsalar da, yedikləri yeməklərin hamısı bambuk tumurcuqlarıdır. Pandaların görünüşü hər kəsin diqqətini çəkir. Ağ üzərində böyük qara ləkələrin olması onu yaraşıqlı göstərir. Tədqiqatlara görə, pandalar nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Ayı növləri kimi tanınan pandalar ən nadir heyvanlardan biridir.

 Pandalar ümumiyyətlə Çində yaşayır. Meşə və dağlıq ərazilərə üstünlük verirlər. İlk panda 1936-cı ildə tutularaq zooparka aparılıb. Pandalar üzərində aparılan araşdırmalar çox maraqlı məlumatlar ortaya çıxarıb. Pandaları maraqlı edən bəzi xüsusiyyətlər bunlardır:

 * Yaşayan pandaların ümumi sayı 2000-ə yaxındır

 * Pandalar tez-tez bambukla qidalanır

 * Bütün pandalar Çin ölkəsinə aiddir.

 * Pandalar gündə 45 dəfə tualetə gedə bilirlər

 * Tədqiqatçılar panda kostyumları geyinirlər

 * Dişi pandalar ildə 3 dəfə cütləşirlər

 * Təbiətdə ömür müddəti təxminən 20 ildir

 * Pandalar günlərinin yarısını yemək axtarmaqla keçirirlər

Pandalar necə qidalanır və onların sevimli qidaları hansılardır?

 Panda heyvanları günlərinin çoxunu yemək axtarışında keçirirlər. Axtardığı yemək həmişə bambuk ağaclarıdır. Onların ətyeyən heyvanlar olduğu bilinsə də, qida ehtiyaclarını bambuk ağaclarından qarşılayırlar. Bambuk ağaclarının qida dəyəri çox aşağı olduğu üçün gündə orta hesabla 20-30 kilo bambuk qəbul edilə bilər. Ən çox sevdiyi yeməklərə bambuk ağacları və yarpaqları daxildir.

Mənbə: hüriyyet

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et