Bu gün:

Video oyunlar insan psixologiyasına necə təsir edir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı psixoloq İlhamə Musaqızıdır. O, video oyunların insan psixologiyasına təsirindən danışıb.

Video oyunlar insan psixologiyasına necə təsir edir?

Video oyunların həm uşaqların, həm də böyüklərin həyatında mənfi təsirləri çoxdur. İnsanlarda həyəcan, təşviş, stress kimi hissləri çoxaldır. Bu da öz növbəsində insanın həyatında, işdəki ortamda, insanlar ilə rəftarında özünü göstərir.

Uşaqlarda bu proses kəkələmə kimi bir problemi belə yarada bilər. Aqressiv bir insan böyütməmək üçün uşaqları bu cür oyunlardan uzaq tutmalıyıq. Böyükləri də sağlam ruhla sağlam həyat yaşamaq üçün bu oyunları oynamamağa və vaxtlarını səmərəli keçirməyə çağırıram.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et