Bu gün:

Artıq çəki psixoloji faktorlarla əlaqəlidirmi?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi psixoloq Aynur İsmayılovadır. O, artıq çəkinin psixologiya ilə əlaqəsindən danışıb. 

-Artıq çəki psixoloji faktorlarla əlaqəlidirmi?


İstənilən halda artıq çəki almaq, hətta arıq insanın belə sonradan kökəlməsi stress və depressiya faktorları ilə əlaqəlidir. Yemək pozğunluğu kiçik yaşlarda yaranır, amma yetkin yaşda irəli gedə bilər. İnsanlar canı sıxıldıqca ya şirniyyat, ya da dadlı yeməklərə üstünlük verirlər və psixoloqlara getməkdən çəkinirlər. “Keçəcək, bu mənim stress halımdır, sonra yeməyəcəm, pəhriz saxlayacam” düşünürlər. Amma pəhriz saxlamaqdan öncə də psixoloqun müdaxiləsi olarsa, insan həm normal arıqlaya bilər, həm də çəki yenidən geri qayıtmaz. 

Gülnisə Əfkari

Paylaş