Bu gün:

“Hər dövrün öz psixoloji sarsıntısı var“


24media.az-ın "1 sual və 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Aynur İsmayılovadır. O, son dövrlər insanlarda yaranan psixoloji sarsıntıların səbəblərindən danışıb. 


-Son zamanlar insanlarda yaranan psixoloji sarsıntıların səbəbləri nədir və bununla necə mübarizə aparmaq olar?

İnsanlarda yaranan psixoloji sarsıntılar bir xarakterlə, yaşadığı hadisələrlə bağlıdır. Nəzərə alsaq ki, biz texnologiya əsrində yaşayırıq. Ətrafımızda olan texnika sürətlidir. Günlərlə də sürətlə ötür. Bəzən insan orqanizmində necə ki, proseslər ləng gedir. Həzm etmə prosesi də tez olmur. Ümumiyyətlə, bədənimizdə gedən bütün proseslər tezliyə malik olmadığı kimi bəzən bu da insanda paradoks yaşadır. Eyni zamanda, insanların beyni əvvəlki illərə nisbətən daha çox informasiya alır. İndiki zamanda da çox sosiallıqdan asılıdılar. İnsanlar özlərini daha çox sosialdakı insanlarla, xüsusilə də, blogerlərlə müqayisə edirlər. Bu da psixoloji sarsıntıların yaranmasına səbəb olur. 


İndiki dövr elə bir dövr olub ki, stress və depressiya insanların həyatının ayrılmaz hisəsinə çevrilib. Uzun müddət insanlar bununla mübarizəni kor-koranə aparırlar. İçkiyə, siqaretə və digər şeylərə müraciət edirlər. Psixoloqların, koçların qəbulunda olub problemi həll etmək istəmirlər. Psixoloji sarsıntı dövrə görə müxtəlifdir. Hər dövrün öz psixoloji sarsıntısı var. Amma getdikcə artması isə sadaladığım faktlarla bağlıdır. Əgər insanlarda psixoloji pozuntu həddindən artıq olarsa, bəzən cinayətlərə də gətirib çıxarır.

 

Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et