Bu gün:

Niyə bəzi insanlar heç vaxt kökəlmirlər?


Niyə bəzi insanlar heç vaxt kökəlmirlər?

Bəzi insanlar yediklərinə diqqət etməli olduğu halda, bəzi insanlar nə yediyinə baxmayaraq niyə kökəlmir?

 Live Science-a görə, Rhode Island Universitetindən Prof. Kathleen Melanson bu tip suallara sadə cavabın olmayacağını bildirir. Melanson izah edir:

"Bu vəziyyətdə genetik, qidalanma və hətta davranış faktorları var. Bu amillərin hər birinin oynadığı rolun ölçüsü insandan insana dəyişir".

 Digər tərəfdən, bədən forması və maddələr mübadiləsi ən vacib amillər arasında deyil. Melanson deyir ki, kökəlmədən istədiklərini yeyən bir çox insan əslində digər insanlardan çox yemir.

 Məsələn, hər gün dondurma yeyən insan yeməklərindəki kalori miqdarını azaltmaqla onu tarazlaşdıra bilər. Yaxud pizza yeyən insan tez yemək əvəzinə yavaş-yavaş yesə, bir neçə dilimdə toxluq hiss edəcək.

 Pennington Biotibbi Tədqiqat Mərkəzinin baş həkimi Dr. Frank Greenway deyir: “Əgər bu tip insanların kalorilərini ölçsəniz, onlar düşündüyünüz qədər yeməyə bilər. Onlar yalnız kalorili qidalar, başqalarının çox yeməkdə çətinlik çəkə biləcəyi qidalar qəbul edə bilər."

 Fiziki fəaliyyətin də fərq yarada biləcəyi ifadə edilir, lakin bunun üçün mütləq idman zalında tərləmə tələb olunmur.

 "Bəzi insanlar idmançı olmasalar belə, daha çox hərəkət edirlər" deyir Melanson. Melanson deyir ki, gün ərzində daha çox hərəkət etmək orqanizmə daha çox kalori yandırmağa imkan verir.

Kembric Universitetində piylənməni araşdıran tədqiqatçı Dr. Ines Barroso qeyd edir ki, bəzi insanların məşq etmədən digərlərindən daha çox kalori yandırdıqlarına dair çox az dəlil var. Digər tərəfdən, Melanson, fizioloji fərqlərin bəzilərinə qəbul etdikləri kaloriləri balanslaşdırmaq imkanı verə biləcəyini ifadə edir. Bədəndə iştahı tənzimləyən sistem bəzi insanlarda daha həssas ola bilər.

 Bu sistemdə iştirak edən mühüm hormonlardan biri də leptindir. Leptin nə qədər qida qəbul etmək istədiyimizi tənzimləməyə kömək edir.

 Genetika insanın arıqlamasında mühüm rol oynaya bilər. 2019-cu ildə PLOS Genetics-də dərc olunan məqalədə tədqiqatçılar piylənmə ilə əlaqəli 250-dən çox müxtəlif DNT bölməsinin olduğunu aşkar ediblər.

 Bu araşdırmada tədqiqatçılar bədən kütləsi indeksi aşağı olan 1622 sağlam insanın məlumatlarını 1985 ağır piylənmə və 10 433 normal çəkidə insanın məlumatları ilə müqayisə ediblər.

 Alimlər araşdırma nəticəsində arıq insanlarda piylənmə ilə əlaqəli genlərin daha az olduğunu aşkar ediblər. Lakin tədqiqatın müəlliflərindən biri olan Dr. Barroso, çəkinin yalnız genetikanın müəyyən edilmədiyini vurğulayır.

 Çəki təyin edən amillər kifayət qədər mürəkkəbdir. Sabit qalmaq və ya kökəlmək əvvəlcədən müəyyən edilmiş hallar deyil. Bununla belə, onlara hələ də nəzarət etmək olar. Melanson deyir ki, kökəlməyə meyl təkcə nəzarətin olmaması ilə bağlı ola bilməz.

Mənbə: indyturk.com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et